Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şıxəli Melikov
27 Октября 2014

"Toylara yox deyək" – düzgün deyil, "Toylara dədələrinin qiymətini qoyan müğənnilərə yox deyək!"

Sosial şəbəkələrdə və televiziya kanallarında “Toylara yox deyək” kampaniyasına münasibətlər bildirilir. Birincisi, “Toylara yox deyək” kampaniyasınına adı düzgün qoyulmayıb. Necə yəni toylara yox deyək??? Toylar keçmişdə də keçirilib, gələcəkdə də keçiriləcək. Təki toy olsun, bütün subaylara toy qismət olsun. Toyların özünə yox demək lazım deyil, toylarda insanları toy, şənlik ruhundan uzaq edə şeylərə yox deyək.

Mən “Toylara yox deyək” kampaniyasına müğənnilərin rəylərini oxudum və şoka düşdüm. Müğənnilərin sözün əsl mənasında canlarına qorxu düşüb. Onalrın sözləri: “Bəs toylar yığışdırılsalar müğənni ailəsinə necə baxacaq, uşaqlarını necə dolandıracaq?” Əziz müğənnilər, çoxunuz İncəsənət Universitetində müəlimlik edirsiniz, üstəlik toylara da gedirsiniz. Bəs camaat 200-300,400 manat maaşla necə ailə saxlayır??? Toylara getməsəniz də siz ailənizi saxlayarsınız, lakin dəbdəbəli maşınlar sürə bilməzsiniz, milyonlarla qiyməti olan villalarda, yenittikililərdə yaşaya bilməzsiniz. Siz buna görə qorxursunuz.

Müğənnilərimizdən biri deyib ki, toylara yox deyənlərin başı xarabdır. Xeyr, onların başı xarab deyil, çünki onlar insanları oyatmaq istəyirlər. Sizə toylarda oxumaq üçün pul verənlərin başı xarabdır.

Sağ olsun müğənni Əli Mirəliyev, düz sözə nə deyəsən? Onun sözləri: “Toylara yox deməyək, toylara dədələrinin qiymətini qoyan müğənnilərə yox deyək! Bu gün aylıq maaş nə qədərdir ki, müğənni 10 min maata toya gedir?” Ölənlərinizə rəhmət...

Bəli, toy bizim gözəl adət, ən-ənələrimizdən biridir və ona yox demək gülünc fikirdir. Lakin toyları özləri üçün varlanmaq mənbəyi kimi istifadə edən müğənnilərə yox deməyin vaxtı artıq çoxdan gəlib çatıb!

  1529   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up