Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
30 Сентября 2014

Üzdəki səpkilərə qarşı ev şəraitində hazırlanan super, effektiv losyon resepti

Üz dərimdə heç vaxt problem olmayıb. Amma yay aylarında dərimdə səpkilər, sızanaqlar yaranmağa başladı. Açığı buna görə çox deprsiyaya düşmüşdüm. Ona görə də bunun qarşısını almaq üçün internetdə müxtəlif maska, losyon reseptləri axtarmağa başladım. Nəhayət axtarışlarım sözün əsl mənasında fayda verdi.

Beləliklə, sizinlə bir neçə saytda haqqında müsbət rəylər yazılmış və mənim tərəfimdən sınanmış bir üz losyonun asan bir reseptini paylaşıram. Aptekdən “Настойка календулы” (1 qab su şəklində), “Ацетилсалициловая кислота” (tablet şəklində), “Левомитицин” (tablet şəklində) alırıq.

Daha sonra 3 tabletka “Ацетилсалициловая кислота” və 3 tabletka “Левомитицин” dərmanını yaxşı toz halına gələnə qədər əzib, “Настойка календулы”nın üzərinə tökürük.

Sonra isə 2-3 dəqiqə yaxşıca çalxalıyırıq ki, dərmanların tozları suda yaxşı həll olunsun.

Alınan losyonu hər axşam üzümüzə çəkib yatırıq. Yaddan çıxarmayın ki, hər axşam losyonu üzə çəkməmişdən qabaq onu yaxşıca çalxalamaq lazımdır.

Mən yazdığım lsoyondan istifadə etdikdən sonra dərim əvvəlki sağlam formasına qayıtdı, səpkilər, sızanaqlar hamısı təmizləndi. Arada bu losyondan hazırlayıb profilaktika üçün yenə də istifadə edirəm. Yəni, dəriyə heç bir ziyanı yoxdur. Losyonun digər bir müsbət xüsusiyyəti də ondan ibarətdir ki, yağlı dərilərin yağlılığını xeyli azaldır.

Düzdür, daxildə problemlər varsa və dəri həddindən artıq səpkilidirsə tək bu losyondan istfadə etməklə problemi aradan qaldırmaq olmaz. Amma yüngül sızanaqlar zamanı tprobleminiz tam həll olunacaq. Bu losyonu mütləq hazırlayıb, istifadə edin.

  21335   2

Войдите что бы оставить комментарий

Aylin Memmedova
31 Августа 2016
!Istifade elemeyin.!her deriye uygun deyil..mende az idi sadece istifade edim dedim.ilk once qizarti ve daha sonra qabig tokdu.Temiz pis gune qaldi.uz derim qabig verir..indi onu duzeltmeye caliwiram.effekti de olmadi.Her uz derisine uygun deyi.!

Aylin Memmedova
26 Августа 2016
Salam.Men indi eledim siz dediyiniz kimi ama qizartilar var.Normal haldi?Tez cavab verseniz sevinerdim :)





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...
Секреты красоты

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...
Секреты красоты

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за кожей лица

  Положительных отзывов: 18

  Отрицательных отзывов: 0


up