Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
30 Сентября 2014

"Onun böyük ürəyi" gözəl aktyorların ifasında gözəl film

Azərbaycan filmlərinə baxmağı çox xoşlayıram. Filmlərimizdəki kadrları demək olar ki, əzbər bilirəm. Rəyimdə artıq bir neçə dəfə izlədiyim “Onun böyük ürəyi” filmi haqqında yazmaq istəyirəm.

1958-ci ildə çəkilmiş bu film üç dövrü-müharibədən əvvəlki, II Dünya Müharibəsi və müharibədən sonrakı dinc quruculuq illərini əhatə edir. Filmdə Gündüz Abbasov, Leyla Bədirbəyli, Salman Dadaşov və s. bu kimi çox istedadlı aktyorlar rol alıblar. Operator Rasim Ocaqovdur.

Filmdə müxtəlif tərbiyəvi mövzulara müraciət olunub. Belə ki, burada qadınların nələrə dözüb və nələrə qadir olduqlarından, xəyanətdən, adi insanların yaradıcı əməyindən, hər bir çətinliyə mətanətlə sinə gərmələrindən bəhs edilir.

Film haqqında ətraflı yazıb baxmayanların filmə marağın öldürmək istəmirəm. Amma həqiqətən baxılmalı filmdir. Xüsusilə gənclərimiz xarici filmlərdən çox öz Azərbaycan kinolarımıza baxsalar daha yaxşı olar.

  1171   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Фильмы

Disk full (/tmp/#sql_3f49_0.MAI); waiting for someone to free some space... (errno: 28 "No space left on device")