Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
25 Сентября 2014

"Happy Baku"-nun əsl üzünün kimsəsiz simaları

Əlimizdən nə gəlir ki? Sadəcə küçədə rastlaşmaq, etinasız yanaşmaq, yazığı gəlmək, internetdən müsahibələrini oxumaq, video reportajlarını izləmək... Bəlkə də daha çoxunu edə bilərik.

Həyatın qanunu belədir, dünya belə qurulub, birinin dünyaya gəlişi valideynlərinə yeni bir dünya bəxş edər, birinin gəlişi isə küçəyə atılmaqla nəticələnər. Ya da həyat elə gətirər ki, heç kimin qalmaz və küçələr isti yorğanın, dərd ortağın, hər şeyin olar.

Bu sözləri sırf nəyinsə xatirinə deyil, içimdən gəldiyi üçün ürəkağrısı ilə yazıram. Əslində bu videonu izləyib keçirdiyim hisslər sözlərə dar gəlir, sığmır. Onlara baxanda hər birinin gözündəki o kədəri, yanğını, qayğıya möhtac olmasını görmək sadəcə dəhşətdir. Onlar sanki heç uşaq da deyillər, onlar yaşda olan digər uşaqlar onlar kimi səlis danışa bilməzlər, yaşadıqları həyatı təsvir edə bilməzlər.

Hər şeyi ola-ola heç nəylə kifayətlənməyənlər heç nəyləri olmaya-olmaya bir qarın yemək və yatmağa quruca yer tapdıqları üçün xoşbəxt olan bu uşaqlardan daha bədbəxtdirlər.

Ümid edirəm ki, onlar da bir gün qəlblərində bəslədikləri arzulara qovuşa biləcəklər, mütləq qovuşacaqlar. O uşaqlardan öz məqsədləri üçün istifadə edənlər və etmək istəyənləri isə Allah cəzalandıracaq. Allah heç kimi kimsəsiz etməsin, hər bir valideynə uşaqlarını boya-başa çatdırmağa ömür versin.

Belə bir videoreportajın hazırlanması çox təqdirəlayiqdir, inanıram ki, əliaçıq, səxavətli insanlarımız bu uşaqlara kömək edəcəklər. Bu videonu hazırlayanlar özləri artıq ən böyük yaxşılığı etmiş olublar. Bu da videoreportajdır.

  1204   1

Войдите что бы оставить комментарий

Seva TT
25 Сентября 2014
videodan chox tesirlendim(((((((





Последние отзывы категории - Реклама и видеоролики

Bu video bir çox insanlar kimi məni də çox duyğulandırdı
Реклама и видеоролики

Adi süd reklamı olsa da ibrətamizdir
Реклама и видеоролики

Bu möhtəşəm musiqi layihəsinə qulaq asmağa dəyər
Реклама и видеоролики

Azərbaycanlılarımızın hər sahədə qələbələri bizi çox sevindirir
Реклама и видеоролики

Bu ailənin vəziyyəti doğrudan da acınacaqlı, ürəkağrıdıcıdır
Реклама и видеоролики

Heydər Əliyevin canlı portreti həqiqətən möhtəşəm idi
Реклама и видеоролики

Coca colanın bu reklamını çox bəyəndim
Реклама и видеоролики

Çox əla ideyadır. Kreativlik buna deyərdim
Реклама и видеоролики

"Yaşasaydım 23 yaşım ..." – biz onları unutmamalıyıq...
Реклама и видеоролики

Müqəddəs Kəbənin içini virtual ziyarət etmək istəyənlər oxusunlar
Реклама и видеоролики

Видеоролики

  Положительных отзывов: 27

  Отрицательных отзывов: 2

Рекомендованные Реклама и видеоролики


Videoroliklər
Реклама и видеоролики

Reklam
Реклама и видеоролики


up