Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
25 Сентября 2014

İntihar çıxış yolu deyil ...

Son zamanlar Azərbaycanda intihar halları çoxalıb. Bu çox acınacaqlı haldır. İnsanlar həyatın onların qarşısına çıxardığı problemlərdən qorxurlar. Düzdür, yaşamaq çox çətinləşib, müasir zamanla ayaqlaşmaq çox çətindir. Nəfsi yoldan çıxaran amillər həddindən artıq çoxdur. Gərək güclü insan olasan ki, bunlara dayanasan. Bu gücü isə insana ancaq Allaha olan inam verə bilər.

Bəli, intihar edən insanlarda Allaha inam aşağı səviyyədədir. Onlar özünə qəsdin ən ağır günah olduğunu dərk etsələr bunu etməzlər. Allahın sevimli peyğəmbərlərinin hansının həyatı sakit və rahat keçib ki?! Onların hamısı əziyyətli həyat sürüblər. Lakin Allahı sevdiklərinə görə bu cür həyat da onları qane edib.

Düşünürəm ki, Allaha inamı və sevgini ilk növbədə ailədə valideynlər uşaqlara aşılamalıdırlar, daha sonra isə məktəbdə müəllimlər bu mövzuda söhbətlər etməldirlər. Ona görə də məktəblərdə dini mövzuda dərslər tədris olunsa çox yaxşı olardı.

Təssüflər olsun ki, intihar edənlərin əksəriyyəti cavanlardır. Onlar sanırlar ki bu dünyadan qaçırlar. Lakin bu dünya onsuzda keçicidir. Onalr bilmirlər ki, əbədi dünya da var və oradan artıq qaçış yoxdur. Bizim yaşadığımız həyat məktəbdir. Lakin hər kəs bu məktəbi oxuya bilmir. Elə insanalr var ki, 70 yaşında da həyatı dərk etməyib, bu dünyadan köçürlər. Çox təəssüf ...

Amma cavanlarımız yaşamalıdırlar. Cavanlar ən çox vaxtlarını internetdə keçirirlər. Ona görə də məhz internet vasitəsilə onlara düzgün yaşamağı aşılamaq və intihar etmək istəyənləri bu yoldan çəkindirmək lazımdır. İnternetdə gördüyüm bir video da məhz bu hallara qarşı çəkilmişdir.

Bu videonu ərsəyə gətirənləri alqışlayıram. İntiharların sayını azaltmaq üçün daha çox və gücümüz çatan qədər təbliğ və təbliğ...

  989   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Реклама и видеоролики

Bu video bir çox insanlar kimi məni də çox duyğulandırdı
Реклама и видеоролики

Adi süd reklamı olsa da ibrətamizdir
Реклама и видеоролики

Bu möhtəşəm musiqi layihəsinə qulaq asmağa dəyər
Реклама и видеоролики

Azərbaycanlılarımızın hər sahədə qələbələri bizi çox sevindirir
Реклама и видеоролики

Bu ailənin vəziyyəti doğrudan da acınacaqlı, ürəkağrıdıcıdır
Реклама и видеоролики

Heydər Əliyevin canlı portreti həqiqətən möhtəşəm idi
Реклама и видеоролики

Coca colanın bu reklamını çox bəyəndim
Реклама и видеоролики

Çox əla ideyadır. Kreativlik buna deyərdim
Реклама и видеоролики

"Yaşasaydım 23 yaşım ..." – biz onları unutmamalıyıq...
Реклама и видеоролики

Müqəddəs Kəbənin içini virtual ziyarət etmək istəyənlər oxusunlar
Реклама и видеоролики

Видеоролики

  Положительных отзывов: 27

  Отрицательных отзывов: 2

Рекомендованные Реклама и видеоролики


Videoroliklər
Реклама и видеоролики

Reklam
Реклама и видеоролики


up