Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
24 Сентября 2014

Rəqqasə Fatimə və onun komandasının təşkilatçılığı ilə "Xına mərasimi" çooox yüksək səviyyədə keçdi

Qohumumuzun “Monte Karlo” restoranında “Xına mərasimi” keçirilmişdi. “Xına mərasimi”nin aparıcılığı və təşkilatçılığı isə gözəl Rəqqasə Fatimə xanım və onun komandasına həvalə olunmuşdu.

Birincisi onu deyim ki, restoran çox zövqlə və ən gözəl formada bəzədilmişdi. Gəlinin kürsüsü isə xüsusi göz oxşayırdı. Qohumlar hamısı, elə mən özüm də milli geyim geyinmişdik. Qonaqlar, qohumlar, zalın dizaynı, aparıcı – hamı, hər şey bir-birini tamamlayırdı.

Xına mərasimində çoxlu hind rəqsləri, ərəb rəqləri, milli rəqslərimiz verildi, adət-ənənələrimizin bir çoxu yerinə yetirildi. Fatimə xanım çoxlu haxışdalar, bayatılar, şeirlər söylədi. Haxışdaları isə adi formada yox, musiqi sədaları altında dedi. Bayatılar isə xeyir-dua xarakterli və tərbiyəvi mövzuda, düşündürücü idi. Yəni standart yox, çox fərqli və həddindən artıq maraqlı idi.

Fatimə xanım özünəməxsus bir neçə rəqs-şou göstərdi. Ətrafda da ancaq xanımlar olduğundan məclis sözün əsl mənasında şən və səmimi keçdi. Fatimə xanım heç kimlə kobud rəftar etmirdi, əksinə çox mehribanlıqla davranırdı. Yanındakı köməkçi xanımlar isə məclisin plana uyğun olaraq keçməsinə, qonaqların hamısının rəqslərdə, oyunlarda iştirak etməsinə xüsusi nəzarət edirdilər. Açığı mən birinci onların davranışını görəndə elə bildim ki, onlar da qonaqlardandırlar. Yəni o qədər məclisə ciddi diqqət göstərirdilər. Bütün qonaqlara yuxarısı gül çələngləri ilə işlənmiş qırmızı fatalar, gözəl bəzənmiş konfetlər, ərəb rəqsi üçün xüsusi aksessuar paylandı. Mərasim çox şən və gözəl keçdi. Düzdür, bunları təşkil etmək üçün nisbətən böyük miqdarda pul lazımdır. Amma dəyərdi. Çünki hər bir detala kimi hər şey düşünülmüşdü. Fatimə xanım isə məclisin gözəl keçməsi üçün xüsusi canfəşanlıq göstərirdi.

  4975   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Хна-яхты, организованная танцовщицей Фатимой

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up