Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
12 Сентября 2014

Qızlar mütləq oxuyun: Saçları tez uzatmağın asan və əla üsulu – Nikotin turşusu

Uzun, gözəl və sağlam saçlar məncə hər bir gənc qızın arzusudur. Düzdür, saçlarım heç vaxt qısa olmayıb, amma tez-tez ukladkalar saçlarımın yanmasına və gec uzanmasına gətirib çıxarıb. Amma artıq saçlarıma xüsusi qulluq etməyə başlamışam. Müxtəlif tərkibdə maskalar, müalicəvi effektli şampun, balzamlardan, yağlardan istifadə edirəm. Nəticələri əldə etdikdən sonra onlar haqqında da rəy paylaşacam.

Hələlik isə artıq sınaqdan keçirtdiyim çox asan və təsirli vasitədən danışmaq istəyirəm. Bu – Nikotin turşusudur. İnternetdə bu vasitənin saçların uzanmasında kömək etdiyi haqqında çoxlu müsbət rəylər oxumuşdum.

Belə ki, aptekdən adi Nikotin turşusu (ampula şəklində) alırıq. Hər gün axşamlar 2 ampulanı qırıb işindəki mayeni başımızın dibinə çəkirik – vəssalam. Hər gün bu metodu təkrarlayırıq. Nikotin turşusunu başın dibinə çəkdikdən sonra saçı yumağa ehtiyac yoxdur. Yəni adi qaydada əgər həftədə 2 dəfə, 3 dəfə və ya 1 dəfə saçınızı yuyursunuzsa elə həmin qaydanızla da gedin.

Satışda Ukrayna və Rusiya istehsalı olan nikotin turşusu ampulaları satılır. Ən keyfiyyətlisi Ukrayna istehsalı olan ampulalardır. Saytlarda Ukraynanın “Здоровье” firmasının ampulaları təriflənirdi. Amma mən aptekdə məhz o firmanın istehsalını tapa bilmədim, Ukrayna istehsalı olan “Дарница” firmasının ampulalarından aldım. Bir qutuda 10 ampula var, qiyməti 1 manat 20 qəpikdir.

Ampulaları saçın dibinə çəkdikdən sonra saçdan qətiyyən heç bir qoxu gəlmir, saç tez yağlanmır. Deməli 30 gün ərzində hər axşam 2 ampula saçın dibinə çəkilir. Sonra 30 gün fasilə verib yenidən 2-ci kursa başlamaq olar.

İstifadədən sonra saçlarımın tökülməsi xeyli azaldı və həqiqətən də saçlarım təxminən 5 sm uzandı. Halbuki saçlarım heç də tez uzanmağa meylli deyillər.

Fasilə etdikdən sonra mütləq 2-ci kurs müalicəyə davam edəcəm. Onu da deyim ki, bu üsuldan başqa başıma başqa qulluq vasitələrindən də istifadə edirəm. Onları da gələn rəylərimdə mütləq paylaşacam. Qızlar mütləq istifadə edin.

  75838   9

Войдите что бы оставить комментарий

Aishan Abbasofa
01 Июля 2017
Xanım men bu ampulalardan aldım ama eynile bunun qablaşdıtması kmi deil biraz ferqlidi .Onun bir problemi yoxduki??

ayse alieva
04 Сентября 2016
he ama 5 santi bir az oldu ey :) cox sagoln meslehetcun istfade edecem mutleq

Aylin Memmedova
26 Августа 2016
Salam.HERVAXDINIZ xeyir.mende cox ewidmiwdim nikotin turwusunu.Etrafli yazmisiz cox sagolun.Ama bu nem saclara cekilir ya nece?

Aysel Əliyeva
02 Сентября 2015
Ay ne yaxsiiii. Cox sevindim. Qizlarin en esas problemidir de bu sac problemi. 6-7 aydan bir etmek olar bu maskani. qabaqdan payiz gelir. sacilarin en cox tokulen vaxtidir((( musbet otziva gore coooxsa golun

Aynur Sariyeva
10 Августа 2015
Salam ... mən bir müddət əvvəl bu maskayla maraqlandım və sonunda öz üzərimdə sınamda və nəticə həqqiqətəndə doğruymuş, ilk əvvəl başlayanda bir az qorxdum düzü çünki təzə vaxtı ilk həftəfə sanki allergiya kimi hiss edirdim vurduqdan sonra belə mənə istilik gəlirdi ama sonra axtardım oxudum ki ilk vaxtlar çoxusunda elə olurmuş və 1 ay boyunca 2 kapsula istifadə etdim hər gün doğurdanda saçlarımda həm canlanma diblərində bərkimə və baxmayraqki mənim saçlarım bəlkədə dünyada ən gec uzanan saçdı saçlarımda belə uzanma oldu. Təşəkkürlər ümid edirəm mənnən başqa kimsədə istifadə etmək istəsə mübət təsir göstərər.

Aysel Əliyeva
25 Июня 2015
he teki ele olsun))) yadinizda olsa neticeni yazarsiniz)

Aynur Sariyeva
25 Июня 2015
Çox sağ olun Aysel xanım. Ümid edirməm mənədə kömək olar :)

Aysel Əliyeva
25 Июня 2015
Buyurun xanım. Mən şəxsən yan etkisini gormedim. Bilmirem, hər bir kəsin orqanizmi basqa curdur. Amma mənə çox kömək oldu.

Aynur Sariyeva
24 Июня 2015
Salam cox xaish edirem sualimi yanlish anlamayin sadece emin olmaq ucun yaziram dogurdan tesiri var ?? Cunki bezen cox maskalar saclari tokur edir bunun yan etkisi nedi ?





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...
Секреты красоты

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...
Секреты красоты

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за волосами

  Положительных отзывов: 12

  Отрицательных отзывов: 0


up