Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
11 Сентября 2014

Məktəblərdə mobil telefondan istifadəyə qadağa qərarı – məncə düzgün qərardır

Təhsil Nazirliyinin tədris prosesini yaxşılaşdırmaq üçün həyata keçirdiyi tədbirlər hələ də davam edir. Bu hal təqdirəlayiqdir. Artıq orta məktəblərin direktorlarına və rayon təhsil şöbəsinə tapşırıqlar verilib ki, orta məktəblərdə şagirdlərin mobil telefon istifadəsinə qadağa qoyulsun.

Mən düşünürəm ki, bu çox düzgün və lazımi tapşırıqdır. Mobil telefonlar tədris prosesinə mənfi təsir göstərən ən mühüm amillərdən biridir. Mobil telefonu üzərində olan məktəblinin diqqəti yayılır, dərsini mənimsəmə dərəcəsi azalır, nəticədə isə tədris prosesi pozulur.

Bir valideyn kimi Təhsil Nazirliyinin bu addımına çox sevindim. Mənim bacımın bu barədə həmişə problemi olub. Uşaqlara məktəbə telefon aparmaq icazə verilməsə də uşaqlar gizlincə telefonla məktəbə gedirdilər. Soruşanda isə deyirdilər ki, hamı telefonla gəlir. Lakin artıq məktəblərdə də bu qayda qoyulubsa və buna nəzarət ediləcəksə valideynlər də bu barədə sakit ola bilər. Hər halda düzgün bir qərardır. Amma sözsüz ki, əsas bu qərarı həyata keçirə bilməkdir.

  981   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up