Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
01 Сентября 2014

"Sonashi" saçdüzləşdirici feni keyfiyyətli çıxmadı

Saçlarımı düzləşdirmək üçün istifadə etdiyim fen xarab olduğundan yenisini almalı oldum. Aldığım saçdüzləşdirici fen isə “Sonashi” firmasına aiddir. İlk əvvəllər fenin saçdüzləşdirmə qabiliyyəti nisbətən yaxşı idi. Ancaq daha sonralar bu feni almağıma həqiqətən peşman oldum. Çünki artıq fendən dərd yarı istifadə edirdim.

Bu fen saçlarımın düzləşməsinə kömək etmədi. Saçlarım özü düz olmadığından saçdüzləşdirici fenə mütləq ehtiyac duyuram. Saçlarım həddindən artıq dalğalı deyil, yəni saçlarımın düzləşməsində elə bir problem yoxdur. Gündəlik olaraq saçlarımı düzləşdirmirəm. Çünki bir ara o qədər tez-tez açırdım ki, saçlarım əməlli başlı yanmışdı.

Evdə istifadə etdiyim fendən əlavə işdə də bir fen saxlayıram, təcili məqamlarda köməyə çatır. Bu fen elə “Sonashi” firmasına məxsusdur. Saçdüzləşdirici fen almaq istəyənlərə heç məsləhət görməzdim. Saçları düzləşdirən zaman tam açılsa belə saçda ukladka qalmır.

Elə onu görürsən ki, saçların qayıtdı öz dalğalı vəziyyətinə. Bundan əlavə tam açmaq üçün həddindən artıq istifadəyə ehtiyac yaranır. Bir sözlə heç razı qalmadım.

  2754   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Бытовая техника

"Quicks" firmasınfan olan bu ətçəkən maşın olduqca işlək və istifadəsi rahatdır
Бытовая техника

"Moulinex" elektrik qazanı qazın olmadığı vaxtda çox yardımçı olur
Бытовая техника

"Eurolux"un EU – HB2093DP hand blender modelini işlətmək çox çətindir – bilsəydim heç almazdım
Бытовая техника

Kalyon Spring breeze çamaşır suyu həqiqətən keyfiyyətli yuyucu vasitədir
Бытовая техника

"Sinbo" əl mikserindən almayın, keyfiyyəti yaxşı deyil
Бытовая техника

Mənə hədiyyə olunan “Jaguar France MD-5200” feni keyfiyyətli çıxdı
Бытовая техника

"Philips SalonDry Pro 2300W Hair Dryer" saçqurudan fen əsl istədiyim kimi oldu
Бытовая техника

"Super Star" elektrik çaydanı - keyfiyyətinə söz ola bilməz
Бытовая техника

Saçlarımı burmaq üçün ancaq bu saçburan fendən istifadə edirəm
Бытовая техника

Sonashi

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up