Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
01 Сентября 2014

Elxan Elatlının "Dilənçi qadının sirri" romanı, müəmmalı oğurluq və gözlənilməz sonluq

Elxan Elatlı yaradıcılığının belə desək vurğunuyam. Onun əsərlərinin bir neçəsi ilə artıq tanışam və hər birinin öz yeri, öz marağı var. “Dilənçi qadının sirri” romanını almağım isə adının maraqlı gəlməsi oldu. Roman detektiv janrındadır.

Türkiyəli iş adamı Hakan Peştaş Türkiyədən köçüb Azərbaycana gəlir və burada məskunlaşır. Roman onun 3 yaşlı balaca oğlunun oğurlanması ilə başlayır, oğrular Hakan bəyə zəng edib külli miqdarda pul tələb etmişdilər, artıq bir dəfə pul verilmişdisə də uşağı qaytarmamışdılar. Özüdə pulu qara bir torbaya qoyub üzərinə çörək qırıntıları töküb evlərinin qarşısındakı zibil qablarının yanına qoymasını tələb edirlər. Torbanı isə üzü yanıb eybəcər hala düşən bir dilənçi qadın götürür.

Bu qadın Hakan bəyin kabusuna çevrilmişdi. Məsələ orasında idi ki, onun heç bir düşməni filan da yox idi, oğrunun kim olması barədə heç bir fikri də yox idi. Həyat yoldaşı Gülsevər də çox narahat idi. Hakan bəyin Türkiyədən Azərbaycana köçməsi isə həyat yoldaşının əslində onu deyil onun ən yaxın dostunu sevməsi və dostuna yaxın olması üçün onunla evlənməsini öyrənməyi olmuşdu. Onun Türkiyədə də iki övladı var idi. Ancaq balaca Elcanı daha da çox sevirdi.

İşin üstünü açmaq üçün Elxan Elatlının bir çox əsərlərində olduğu kimi Qanbay Qasımlı ortaya çıxır. Qanbay Qasımlının bu dəfəki işi də olduqca təqdirəlayiq idi. Hadisələr bir-birinin ardınca elə maraqlı cərəyan edirdi ki, sonun necə olduğunu təsəvvür edə bilmirdim.

Elə sonluq da təsəvvür etmədiyim qədər qeyri-adi oldu, heç ağlıma gəlmirdi belə olacağı. İnsan şəhvətin, pulun qurbanı olmasın gərək. Əgər nəfsinə qurban oldunsa faciə səndən qaçınılmazdır. Oxumağınızı mütləq tövsiyyə edərdim.

  16211   2

Войдите что бы оставить комментарий

Emin Huseynli
30 Марта 2015
elektron versiyası yoxdur, satışda var kitab

narinio quliyeva
03 Марта 2015
daha etrafli nece oxuya bilerem?internet vasitesiyle?





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Elxan Elatlı
Книги

Секрет попрашайки

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up