Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
01 Сентября 2014

"Bebbetto" firmasının malları "Panda Kids"də od qiymətinə, "Binə"də, "Sədərək"də su qiymətinə…

Uşaqlar üçün tez-tez paltar aldığıma görə artıq demək olar ki bir çox mağazaların qiymətlərini və yerlərini bilirəm. Dəfələrlə olub ki şəhərin bir çox yerlərində fəaliyyət göstərən "Panda Kids" uşaq geyimləri mağazasından alış-veriş etmişəm. Orada ən çox satılan isə məhz “Bebetto” firmasının mallarıdır. Bu firmanın malları isə həmişə keyfiyyətli çıxır.

Amma bir məsələni demək istəyirəm ki, həmin bu “Bebetto” firmasının malları Binə və Sədərək ticarət mərkəzlərində də satılır. Eyni mal, eyni yüksək keyfiyyət amma fərqli qiymətlər…

Kimsə deyə bilər ki, yəqin Binə və Sədərəkdə satılan uşaq geyimləri geydirmədir və əsl Bebetto firması deyil. Amma xeyr, keyfiyyət elə eyni keyfiyyətdir. Qiymət fərqi isə maldan asılı olaraq 10-30 AZN arası dəyişir (yenə deyirəm baxır nə alırsan). Bir neçə mal aldıqda isə artıq qiymət fərqi yerlə göy arasında olur.

Axı niyə eyni köynək və yaxud paltar fərqli qiymətə satılmalıdır?! Bu qədər fərqin olması düzgün deyil! Yolunuz Binə və yaxud Sədərək ticarət mərkəzlərinə düşsə keyfiyyətinə şübhə etmədən əla keyfiyyətli “Bebetto” uşaq geyimləri markasının mallarından ala bilərsiniz.

Əgər təzəlikcə ünvanlarını dəyişməyiblərsə gənc analar üçün oradakı mağazaların dəqiq yerini yazıram: Sədərək ticarət mərkəzində 1ci korpus, sira 1a, magaza 80, sıra 1 mağaza 94, sıra 2 mağaza 93.
Bine ticarət mərkəzi 2 mərtəbəli dükanlar, 3-cü sıra, 2-ci korpus, mağaza 12.

Hər iki ticarət mərkəzi çox böyükdür, bəlkə də başqa yenə mağazaları var. Mən bildiyim bunlardır. Yəqin ki, rəyim kimlər üçünsə faydalı olacaq :)

  11102   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Магазины

"Despina boutique" geyim mağazasında sərfəli endirimlərlə zövqlü geyimlər əldə etdim
Магазины

"Afko" ayaqqabı mağazasının daimi müştərisi olaraq sizdən çox razıyam
Магазины

"Bon appetit"dən alınan çiyələkli "Liliana" tortu
Магазины

Xaqani küçəsində yerləşən İdeal mağazasının xanım məsləhətçilərindən çox narazıyam!
Магазины

Bu cür mağazalar daha çox olsa əla olar
Магазины

Viva-nın "Günün dadı yarı qiymətə" aksiyası çox sərfəlidir
Магазины

Ideal-ın "Özəl müştəriləri üçün özəl aksiya"sı özəl yox sirr olaraq qaldı
Магазины

"Чудо печка" около станции метро "Сахиль" - отвратительное, грубое обслуживание
Магазины

Магазин школьных принадлежностей "Zəka" - большой выбор и приемлемые цены
Магазины

Həqiqətən də layiqli sözlər: Gözəl günün özəl dadını "AZZA cake house"da tapmaq mümkündür
Магазины

Panda Kids
Магазины

Panda Kids

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 1


up