Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
29 Августа 2014

"Vanish adi ləkətəmizləyici" – reklamlara aldanmayın

Artıq çoxumuz dəfələrlə şahidi olmuşuq ki, əgər televiziyada hansısa bir məhsul çox reklam olunursa deməli o heç də yaxşı deyil. Növbəti dəfə yenə də mən bunun şahidi oldum. Televiziyada tez-tez reklam edilən Vanish adi ləkətəmizləyici-dən aldım.

Üzərində: “Vanish toz – ləkətəmizləyici vasitə. Aktiv oksigenli unikal tərkib hətta ən inadcıl ləkələri aparır. Tərkibində xlor olmadığı üçün rəngli və zərif paltarlar üçün təhlükəsizdir” kimi yazılar var. 100 ml suya 60 qr Vanish tozundan istifadə etmək lazımdır.

Nəisə, effektə gəldikdə isə ləkələri tam aparmır, çətin təmizlənən ləkələri isə ümumiyyətlə azaltmır. Adi, daha ucuz ləkətəmizləyici vasitələr, yuyucu tozları da elə eyni effekti verir. Yəni mən “Vanish adi ləkətəmizləyici”dən qeyri-adi, başqalarından yaxşı mənada fərqlənən bir xüsusiyyət görmədim.

Daha çox pul verirsən, amma nəticə eynidir. Bundan başqa öz tərkibindəki göy dənəcikləri də arada ağ paltarlara ləkə salır. Başa düşmürəm Vanish-in reklamı niyə bu qədər şişirdilib və reallıqdan uzaqdır. Ona görə reklama aldanmayın.

  1358   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Бытовая химия

"Air Wick магнолия и цветущая вишня" hava təmizləyici aerozolunun ciddi minusları var
Бытовая химия

Tünd rəngli paltarlarınızın rənginin gec getməsi üçün Perwoll Renew+Black yuyucu vasitəsindən istifadə edin
Бытовая химия

Limonlu, ikili effektli Comet ilə ideal təmizliyə nail olmaq mümkündür
Бытовая химия

Kalyon Spring breeze çamaşır suyu həqiqətən keyfiyyətli yuyucu vasitədir
Бытовая химия

"General fresh" tabletləri təmizlik yaradır
Бытовая химия

ABC crystal - ən çətin yuyulan yağların belə öhdəsindən asanlıqla gəlir
Бытовая химия

Bingo Ov "хвоя" allergiya versə də yaxşı ağardıcı xüsusiyyətə məxsusdur
Бытовая химия

"Persil color expert" yuyucu vasitəsi – allergiyaya meyilli xanımlar birmənalı olaraq almasınlar
Бытовая химия

"Kalyon" qabyuyan mayesinin nəyə gərək olduğunu anlamadım
Бытовая химия

"New formula Bingo" yuyucu vasitəsi – artıq dərəcədə keyfiyyətsiz çıxdı
Бытовая химия

S.C. Johnson & Son, Inc.
Бытовая химия

Ваниш пятновыводитель обычный

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up