Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sabina Huseynova
29 Августа 2014

Samsung telefonumu LG-yə dəyişməyimə peşman olmadım, əksinə sizə də məsləhət görürəm

Artıq neçə il idi ki, kifayət qədər məşhur olan Samsung ailəsinin telefonlarından biri – Galaxy S2 modelini işlədirdim. Onu bir neçə il öncə, telefonun Bakıya yeni gəldiyi vaxtlarda almışdım. İşlətdiyim müddətdə ondan razı idim. Bu telefonla bağlı heç bir problem yaşanmamışdı. Yeganə mənfi cəhəti arada bir (təsadüfi hallarda) tutulması idi. Başqa bir narazıçılığım yox idi.

Bu yaxınlarda yeni telefon almaq qərarına gəldim. Dükana gedib bir çox telefon istehsalçılarının təklif etdiyi telefon modellərinə baxdım. Və bu dəfə ürəyimdən başqa bir istək keçdi. Çünki telefonlara baxan zaman daha çox LG mobil telefonlarını bəyəndim. Bu səbəbdən könlümdən bir qədər dəyişiklik etmək keçdi. Ona görə bu dəfə LG şirkətinin modellərindən biri olan LD410-u aldım.

Bu modelin ölçüləri, çəkisi, 2 sim kartı dəstəklməyi və bir də ən əsaslardan biri olan – batareyanın göstəricisi məni cəlb etdi. Telefonun qiyməti isə özünə görə məncə çox yaxşıdır. 340 Azn.

Telefonu aldım. Ona lazım olan proqramları yükləyib, interneti aktiv edərək bu günə kimi onun işləməyinə və işləmə müddətinə nəzarət etdim. Telefon aktiv istifadədə 2 gün, normal istifadədə isə 3 gün enerji saxlayır.

Nəzərə alsaq ki, ekran ölçüsü 4,5 düym , 2 sim kart (nömrə) və daimi internet qöşuludur, məncə telefonun 2-3 gün enerji tələb etməməsi insanın tam ürəyincədir. Təbii ki, hər kəsin öz zövqü, öz fikri var. Məqsədim telefonu reklam etmək deyil, sadəcə özüm alıb işlətdiyim üçün sizlərə də məsləhət görürəm.

  1279   2

Войдите что бы оставить комментарий

Sabina Huseynova
29 Августа 2014
Məni dəstəklədiyin üçün şadam, təşəkkür edirəm :) - Batareyanın tutumu 2540. Telefonu 28-Mall-da almışam. Maraqlı olsa, orda dükanda baxlb, yoxlaya bilərsən.

Aysel Əliyeva
29 Августа 2014
Hə həqiqətən enerji ilə bağlı məlumat lap faydalı oldu. Məncə də hamının ürəyincə olar bu xüsusiyyət. Modellə daha yaxından tanış olmağadəyər





Последние отзывы категории - Мобильные телефоны

Telefonun gözümüzü kor etməsinə göz yumuruq!
Мобильные телефоны

"HTC Desire 310" - супруга подарком осталась довольна
Мобильные телефоны

"HTC Desire 601" telefonundan heç bir şikayətim yoxdur, məsləhətlidir
Мобильные телефоны

Samsung Galaxy Note 3 - пользуюсь вторую неделю и рад безмерно
Мобильные телефоны

Samsung Galaxy S IV – əla telefondur, amma baxır kim üçün
Мобильные телефоны

Samsung Galaxy S2 - Ничего лишнего, но есть все что нужно
Мобильные телефоны

HTC Desire V - 2 причины из-за которых я разочаровался в этом телефоне
Мобильные телефоны

Samsung Galaxy S2 - Ən yaxın köməkçim
Мобильные телефоны

iPhone - İçi çürümüş, xaricən gözəl olan yararsız alma
Мобильные телефоны

LG LD410

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up