Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
26 Августа 2014

Uşaqlar üçün "Çistaya Liniya" sabununu özüm də istifadə edirəm, superdir

Çistaya Liniya firmasının dəriyə qulluq vasitələrindən tez-tez alıram. Amma açığı bu yerəcən məhz uşaqlar üçün olan Çistaya Liniya sabunları rastıma gəlməmişdi (bəlkə də istehsala yenicə buraxılıb ona görə).

Alanda düşündüm ki, uşaqlar üçün nəzərdə tutulan heç bir vasitə pis olmaz və hər bir dəriyə düşər. Sabun firmanın digər sabunları kimi yarpaq formasındadır.

Tərkibindəki çobanyastığı və yatıqqanqal fitoekstraktı sakitləşdirici və yumşaldıcı effektə malikdir. Tərkibində 20% krem olduğuna görə nəmləndirmə xüsusiyyəti mükəmməldir. Həmin krem komponentləri sayəsində dəri daha yumşaq və hamar olur.

Dediyim kimi əsasən uşaqlar üçün nəzərdə tutulduğuna görə dəriyə xüsusi qulluq göstərən komponentlərlə zəngindir. Krem-sabun çox gözəl köpüklənir və istifadədən sonra dəri qurumur.

Mən şəxsən əllərimi bu sabunla yuyuram amma düşünürəm ki bədən üçün də çox effektiv olar. Bir sözlə Çistaya Liniyanın körpələr üçün nəzərdə tutulmuş bu krem-sabunu elə böyüklər üçün də əla dəriyə qulluq və gigiyena vasitəsidir.

  1725   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Гигиена

Подгузники "Senso Baby Ecoline" абсолютно не впитывают. Деньги на ветер
Гигиена

"Johnsons baby" saç şampunu yaxşı köpüklənir və təmizləyir
Гигиена

Дракоша - Хороший мягкий шампунь для самых маленьких
Гигиена

Подгузники "Leylək" - экономия денег без потери качества
Гигиена

"Himalaya Herbals Aquarelle" uşaq şampunu – o qədər xoşuma gəldi ki özüm də istifadə etdim
Гигиена

"Bübchen" - karite və günəbaxan ekstraktlı bədən südü - dərimdəki quruluğu aradan qaldırmaq üçün № 1 vasitəmdir
Гигиена

"Невская косметика" firmasının yumşaldıcı və qoruyucu uşaq kremi həm də böyüklər üçün lazımlı oldu
Гигиена

Əlləri yumaq üçün alma ətirli Safeguard köpüyü – uşaqlar üçün nəzərdə tutulsa da hamımız istifadə edirik
Гигиена

Gənc analara məsləhət - uşaqlarınızın çimməkdən qorxmaması üçün vanna papağı əldə edin
Гигиена

Чистая линия мыло

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up