Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
26 Августа 2014

Göbələk xoşlayanlar üçün çox asan və dadlı yemək resepti

Həftəsonları imkan olduqca maraqlı və fərqli yeməklər hazırlamağa üstünlük verirəm. Xanımlarla bu həftə hazırladığım çox asan və dadlı yemək resepti ilə paylaşmaq istəyirəm.

Lazım olan inqredientlər:
4-5 orta ölçülü kartof
1 baş soğan
göbələk (şampinyon) 1 paçka
6-7 dənə kök
2-3 xörək qaşığı mayonez
150 qr holland pendiri
duz, istiot

1-ci, kartofu suda bişirib, adi qaydada püre hazırlayırıq. Qeyd edim ki, püreni çox etməyin, çox olduqda yeməyin dadı yaxşı olmur. Bu detala mütləq fikir verin. Hazır püreyə duz, istiot vurun və 2-3 xörək qaşığı mayonezlə qarışdırın.

Sonra ayrıca marketlərdə paçkada satılan şampinyonları yaxşıca yuyub, suda qaynadın. Qaynatdıqdan sonra suyunu süzüb, uzun-uzun doğrayın (çox xırda olmasın).

Sonra bir orta ölçülü baş soğanı xırda-xırda doğrayıb yağda qızardın, soğanlar tam qızardıqdan sonra doğranmış göbələkləri də tavaya əlavə edib qarışdırın və bir yerdə qızardın.

Sonra ayrıca 6-7 dənə kökü suda bişirib, sürtgəcdən keçirin.

Daha sonra isə 150 qr holland pendirini sürtgəcdən keçirib bir kənara qoyun.

Bütün bu məmulatları hazırladıqdan sonra püreni tavada qızardılmış soğan və göbələklə qarışdırın və yastı formaya salın, üzərinə əvvəlcə sürtgəcdən keçirilmiş kökləri, sonra isə holland pendirini əlavə edib, əvvəlcədən isidilmiş sobaya qoyun.

Yeməyin tərkibindəki bütün məmulatlar artıq bişib hazır olduğuna görə, təkcə holland pendirinin tam əriməsini gözləyin və sobadan çıxarıb, isti-isti yeyin.

Gördüyünüz kimi çox asan və maraqlı yeməkdir, görüşü isə mükəmməldir. Ailəmizin bütün üzvlərinin xoşu gəldi. Siz də hazırlayıb dadına baxın.

  9811   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Основные блюда

  Положительных отзывов: 21

  Отрицательных отзывов: 0


up