Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
26 Августа 2014

Gənc analara məsləhət - uşaqlarınızın çimməkdən qorxmaması üçün vanna papağı əldə edin

Rəfiqəmlə telefonda danışanda hər dəfə uşağının çimərkən üzünə su dəyəndə çox ağladığını deyirdi. Uşaq su ilə oynamağı xoşlasa da üzünə su dəyməyini heç istəmir, sözün əsl mənasında aləmi bir-birinə qatırdı. Özüm də bir neçə dəfə bu şən səhnənin şahidi olmuşam.

İnternetdə bunun üçün bir çarə tapmaqdan ötrü xeyli axtarışlar etdim və uşaqlar üçün xüsusi, rezin vanna papaqlarının olduğunu öyrəndim. Düzü bir neçə uşaq üçün ləvazimatları satılan yerdə maraqlansam da tapa bilmirdim.

Bir neçə həftə bunnan öncə təsadüfən hədiyyə dükanlarının birində axtardığım həmin vanna papaqlarına rast gəldim. Satışda səhf yadımda deyilsə 2 rəngi - çəhrayə və göy rəngi var idi. Mən məhz oğlan uşağı üçün aldığım üçün göy rəngini götürdüm.

Papaqlar 0-5 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Papaq üzərindəki düymələr vasitəsilə başın ölçüsünə uyğun tənzimlənir. Qiyməti isə 5 AZN-dir.

Qısası, bir neçə gün bundan qabaq rəfiqəmgilə qonaq gedəndə başqa hədiyyələrlə birlikdə bu vanna papağını da apardım. Rəfiqəm bu papağı görəndə çox sevindi. Sonra telefonda danışanda isə uşağı bir neçə dəfə çimizdirdiyini və heç bir əziyyət çəkmədiyini dedi. Hətta dediyinə görə uşaq artıq özü hər dəfə çimmək istəyir və heç ağlamır.

Rəfiqəm bu papağı çox bəyəndi. Ona görə uşaqları çimməkdən xoşlanmayan analara bu vanna papağından almağı məsləhət görürəm. Mən, bu papağı şəhərin mərkəzində "Mərkəzi poçt"la üzbəüz yerləşən hədiyyə dükanından aldım.

  1844   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Гигиена

Подгузники "Senso Baby Ecoline" абсолютно не впитывают. Деньги на ветер
Гигиена

"Johnsons baby" saç şampunu yaxşı köpüklənir və təmizləyir
Гигиена

Дракоша - Хороший мягкий шампунь для самых маленьких
Гигиена

Подгузники "Leylək" - экономия денег без потери качества
Гигиена

"Himalaya Herbals Aquarelle" uşaq şampunu – o qədər xoşuma gəldi ki özüm də istifadə etdim
Гигиена

"Bübchen" - karite və günəbaxan ekstraktlı bədən südü - dərimdəki quruluğu aradan qaldırmaq üçün № 1 vasitəmdir
Гигиена

"Невская косметика" firmasının yumşaldıcı və qoruyucu uşaq kremi həm də böyüklər üçün lazımlı oldu
Гигиена

Əlləri yumaq üçün alma ətirli Safeguard köpüyü – uşaqlar üçün nəzərdə tutulsa da hamımız istifadə edirik
Гигиена

Uşaqlar üçün "Çistaya Liniya" sabununu özüm də istifadə edirəm, superdir
Гигиена

Козырек Для Купания

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 0


up