Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
21 Августа 2014

Cek London “Həyat eşqi”, oxuduğum hekayələr içərisində ən təsirlisi

Amerikalı yazıçının yaradıcılığı ilə tanışlığım ta orta məktəb dövründən olub. Bu yazıçı haqqında o dövrdə elə də məlumatım yox idi. Elə o dövrlərdə yay aylarında bədii ədəbiyyat mütaliə etməyi çox xoşlayırdım. Cek Londonun seçilmiş əsərlərindən bəzilərini də mütaliə etmişdim, elə “Həyat eşqi” hekayəsini də.

Ancaq düzünü desəm o dövrdə bu mənə adi bir hekayə təsiri bağışlamışdı, dərinliyinə varmamışdım, əslində heç varmaq istəməmişdim də.

İndi təsadüfən bir tanışın bu hekayə barədə danışdıqlarına qulaq asdım və düşündüm ki, axı bu hekayəni mən də oxumuşam bir vaxtlar. Buna baxmayaraq eyni təəssüratı yaşamadığım mənə qəribə gəldi. Ona görə də hekayəni təzədən oxumaq qərarına gəldim. Oxudum və əslində çox mətləblərdən indi agah oldum.

Bu hekayədə iki yoldaş səfərə çıxırlar. Yoldaşlardan biri o birisinin dumanda itdiyini zənn edir. Ancaq əslində o heç də itməmişdi, öz yoldaşını atıb getmişdi. Təkbaşına qalan yoldaşı isə xeyli yol qət etməli olur. O nə yolla olur olsu sağ qalmağa çalışır, sözün əsl mənasında həyatla savaşa çıxır. Yolda onun qarşısına insan sümükləri də çıxır, bu onu atıb gedən yoldaşının sümükləri idi, canavarlar onu parça-parça etmişdilər. Və yoldaşının qızıl torbası da orada idi.

Hekayədə sağ qalmaq uğrunda mübarizə o qədər mükəmməl təsvir olunub ki, insanı depressiyadan belə çıxara bilər, həyatın əslində necə dəyərli olduğunu göstərər. Cek London bu hekayə ilə nəyin bahasına olursa olsun yaşamağa səsləyir, insana həyat sevinci bəxş edir. Bu qədər güclü bir hekayəni yaxşı ki, yenidən oxuyub düzgün təhlil edə bildim.

Oxuduğum hekayələr içərisində ən təsirlisidir.

  11579   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Джек Лондон "Любовь к жизни"

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up