Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
20 Августа 2014

Elxan Elatlı "Mərtəbələr" romanı, günümüzün reallığı bütün çılpaqlığı ilə

Elxan Elatlı yaradıcılığı mənim üçün çox dəyərlidir. Bu müəllifin əsərləri, istər detektiv olsun, istərsə də digər mövzularda insanın marağını cəlb edə, kitaba bağlıya bilir. Kitab oxumağın həvəskarıyam, televizora baxmaqdan, noutbukda, telefonda qurdalanmaqdansa daha faydalı olan mütaliə fikrimcə ən yaxşısıdır. Elxan Elatlının “Mərtəbələr” romanını da sevə-sevə, böyük maraqla oxudum.

Romanı oxuduqdan sonra ilk olaraq böyük bir təəssüf hissi keçirdim. Bəzi anlarda o qədər əsəbləşirdim ki, hirsimi nədən çıxacağımı bilmirdim. Roman bir ailənin adi həyatından bəhs edir. Kitabın üzərindəki “Mərtəbələr və ya intiharla bitən ömür... Amma görəsən bu faciəli sonluğu intihar adlandırmaq olarmı?” yazısını görəndə ağlıma min cür fikirlər gəldi, ancaq bunlar əsl mətləbdən uzaq imiş.

İbrahimin sadə bir ailəsi var, həyat yoldaşı Fəridə, anası Münəvvər, qızı Arzu və oğlu Cövdət. İbrahim əslində ali savadlı tarixçi olsa da elmi işindən qazancı ailəsini dolandırmağa kifayət etmədiyindən öz Jiqulisi ilə taksi şoferliyi edir, pis-yaxşı, birtəhər dolanırlar, əslinə heç pis də yaşamırlar.

Fəridədən fərqli olaraq Kazanda yaşayan bacısı Cəmilə ondan qat-qat yaxşı yaşayır, varlıdılar. Onların Bakıya bir aylıq qonaq gəlməsi ilə İbrahimin ailəsində də hər şey dəyişir. Onlar olan müddətdə birlikdə kirayə tutduqları lüks bir mənzildə yaşayırlar, bahalı restoronlar, geyimlər, yeməklər, hədiyyələr, sanki ailə cənnətə düşmüşdü. Onların gedişindən sonra isə İbrahimin ailəsini sanki bir xarabalığa atırlar.

Dəb-dəbəyə, rahat həyata o qədər tez alışmışdılar ki, əvvəlki həyatlarına qayıda bilmirdilər, normal yaşayışlarını sürünmək hesab edirdilər. Ailənin bütün yükü İbrahimin çiyinlərində olduğundan ailənin digər üzvləri onu günahlandırır, pul qazana bilməməsini hər dəqiqə başına vururdular. İbrahim nə qədər əlləşsə də öz vicdanı, namusu, qeyrəti ona yaxşı pul qazanmağa mane olurdu. O isə bunların heç birindən keçə bilmirdi, artıq özü də fərsizliyini qəbul etmişdi. Bir vaxtlardakı o xoşbəxt həyatlarının yenidən qayıtmasını arzulayırdı. Amma çi fayda!

Romanın bir neçə cümləsini yazmaq istəyirəm, hamı bundan dərs götürməlidir. “Bax, İbrahim, həyat çoxmərtəbəli bir binaya bənzəyir. Lap bu bir ayda yaşadığımız onaltımərtəbəli bina kimi...İnsanlar onun müxtəlif mərtəbələrində yaşayırlar. Doludur mərtəbələrin hamısı insanla.. Mümkün deyil ki, hamını ən yuxarı mərtəbələrə yığasan, ya hamı aşağı mərtəbələrə doluşsun...Siz üçüncüdə yaşayırsınız. Əgər birdən-birə çox yuxarı mərtəbəyə qalxsanız mütləq başınız hərlənəcək, özünüzü itirəcəksiniz. Yaşaya bilməyəcəksiniz yuxarıda. Dediyim odur ki, elə öz mərtəbənizdə qalın...”.

Əslində elə romanın da bütün mənası bu cümlələrdə ifadə olunub. Nankor övladlar, həyat yoldaşları bir az yaxşı düşünsünlər, hamı varlı yaşaya bilməz, bu hamıya qismət olacaq bir şey deyil. İnsan bacardığını edib dolanır, amma bu o demək deyil ki, hər şeyindən keçməlidir ki, təki pul qazansın, varlı olsun. Atalarımız ailə başçılarıdır, onların qədrini bilib, bu günümüzə şükür etməyi bacarmalıyıq, qınamağa, nələrisə tələb etməyə haqqımız yoxdur! Roman 2014-cü ilin nəşridir, oxumağınızı mütləq tövsiyyə edərdim.

  8444   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Elxan Elatlı
Книги

Этажи

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up