Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
18 Августа 2014

Bəzən insan özünü kənardan görsəydi bəlkə də çox xəcalət çəkərdi, bəlkə də yox...

Dincəldiyimiz ailəvi istirahət mərkəzinin çox gözəl həyəti var idi. Qaldığımız evin yanında çox qəşəng alça ağacı var idi. Alçalar cır olsalar da dadlı idilər, açıq çəhrayı rəngələri var idi və bol olduqları üçün ağaca xüsusi gözəllik verirdilər.

Şəhərdə yaşayan insan üçün bu gözəlliyi seyr etmək, hərdən də bir-iki alça ağacdan dərmək çox böyük zövq verir. Alçaların dadı turşa-şirin olsalar da çox xoşagələn idilər. Sonradan öyrəndim ki, yeməkxanada bişirilən kompotlar da məhz bu meyvədən hazırlanırmış.

Bir gün eyvanda oturub təbiətin - meşənin, ağacların gözəlliyini seyr edirdik ki, bir də gördük ki, bir qadın və yanında iki nəfər 13-15 yaşında oğlan əllərində kulyoklar düşdülər bu alça ağacının üstünə... Oğlanlardan biri bu alça ağacına dırmaşdı. Ağac da o qədər də böyük və möhkəm də deyildi. O, bir təfəfdən, digər 2-ci oğlanla qadın isə bir tərəfdən bütün meyvələri dərməyə başladılar. Artıq tam 2 dolu kulyok doldurmuşdular ki, başqa bir 3-cü oğlan əlində başqa boş bir kulyokla gəldi. Qadın isə gülür və arada da bizə baxırdı. Mən öz hisslərimi gizlədə bilməsəm də, heç nə demədim.

Bağçaya baxan bağban bunu görüb nəhayət ki onlara yaxınlaşdı və dedi ki, siz icazə almısınız ki bu alçalardan dərirsiniz? Bir-iki dənə dərsəz o başqa, amma 3 kulyoku yığmağa icazə almısınız? Axı bu alçalardan yeməkxanada kompot hazırlanır. Qadın isə buna məhəl qoymayaraq alçaları dərməyə davam edir və "naxallıqla" heç nəyi vecinə almadı.

Həqiqətən bu cür "naxal" insanları görəndə adam çox əsəbləşir. Həm də bilinirdi ki, şəhərdə böyüyən insanlar deyildilər. Düzdür, burda ayıb bir şey yoxdur. Amma rayon, kənd yerində yaşamış insanın özünü bu cür görməmiş kimi aparması çox gülünc görünürdü. Elə bil heç meyvə ağacı görməyiblər...

Mədəni insanlar başa düşür ki, bu istirahət mərkəzinin ərazisidir və bu ağaclar istirahət mərkəzini daha da gözəlləşdirir. Bu ağacları yolub tökmək isə sadəcə vəhşilik, görməmişlik və mədəniyyətsizlikdir. Mədəni insan sadəcə ləzzət üçün ağacdan 1-2 meyvə dərər və gedər, daha bu cür vəhşilik etməz. Həm də axı hər yerdə meyvə satılır. Bu alça da tapılmayan bir şey deyil. Simicliyə görə insan özünü bu qədər rüsvay etməz.

Belə insanlara axı nə deyəsən?! Mənə çox maraqlıdır ki, bu qadın qıraqdan özünü görsəydi utanardı yoxsa ... ?!

  1245   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up