Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
18 Августа 2014

Xanımlara əsl yay fəslinə uyğun maraqlı və dadlı yemək resepti təqdim edirəm

Xarici kanalların birində maraqlı kulinar resepti ilə tanış olmuşdum. Tərəvəzlərin bol sezonu olduğu üçün hal-hazırda bu resept məncə çoxlarını maraqlandıra bilər.

Resept belədir:
Adi formada ət uzun formada doğranılır və bişirilir. Sonra üzərinə pomidor və bibər əlavə olunur və bir yerdə qızardılır.

Daha sonra yeməyin sousunu hazırlayırıq. Resept:
Badımcan sobada bişirilir. Sonra badımcanın içi bıçaqla çıxarılır və doğranılır. Daha sonra tavada kərə yağı və bir az un qızardılır və üzərinə badımcanın doğranmış içi əlavə olunur, qarışdırılır və birlikdə qızardılır. Üstünə təxmini 1 stəkan süd, duz, istiot (zövqə görə) və 150 qram holland pendiri əlavə olunur və qarışdırılır.

Servis edilməsi:
Mən böyük boşqaba sousu tökdüm və yaydım, daha sonra boşqabın ortasına isə ətlə pomidor, bibər qızartmasını əlavə etdim.

Həqiqətən çox dadlı və maraqlı yeməkdir. Mən hazırladım və ailə üzlərinin hamısı ləzzətlə bu yeməyi yedilər. Mütləq siz də hazırlayın

  6767   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Основные блюда

  Положительных отзывов: 21

  Отрицательных отзывов: 0


up