Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
15 Августа 2014

Niyə ölkəmizdə insanlar "küçə podyumu"na uyğun geyinməlidir?

Başlıq bəlkə də qəribə görünə bilər. Ancaq dərindən fikirləşəndə görürük ki, bu heç də qəribə yox adi bir haldır. Burada söhbət geyimdən gedir. Azərbaycanda insanlar öz rahatlıqları üçün yox ya kiməsə gözəl görünməyə, ya “küçə podyumu”na uyğunlaşmağa, ya brend geyimlərini nümayiş etdirməyə və s. başqa səbəblərə görə geyinirlər. Ancaq əslində bunların hər birindən daha önəmli olan insana rahat olan, onun özünə yaraşanıdır.

Bəs niyə məhz bizdə belədir? Ona görə ki, düşüncələrimiz hələ dardır, öyrəşmişik həmişə kiməsə baxıb onu müzakirə etməyə, geyindiklərinin qiymətini hesablamağa, paltarlarına görə qınamağa. Əslində dərk etməli olduğumuz şey isə sadədir, insana geyminə görə dəyər verməli deyilik.

Burada əsas yük təbii ki, qızların üzərinə düşür. Onlar daha çox müzakirə mövzusu olurlar. Ancaq xarici ölkələrdə insanlar rahat olurlar, hətta adama qəribə gəlir, öz-özünə fikirləşirsən ki, necə olur ki, mən qısa geyinmişəm, belə bahalı bir paltar geyinmişəm ancaq heç kim mənə fikir vermir. Bax bu gülməlidir, əslinə gülməli də yox ağlanmalı bir haldır.

Əksər oğlanlar küçədə gördükləri bütün xanımları paltarsız təsəvvür edirlər. Bir də görürsən oturub elə baxır ki, sənə sanki sən podyuma çıxmısan o da münsiflər heyətinin üzvüdür. Ya da indi tutub səni küçədə paltarını soyunduracaq. Adam dönür bir əynindəki paltara baxır, bir də o baxışlara ki, gör necə səviyyəsiz insanlar var.

Ona görə də hamı ancaq ona küçədəki heç tanımadığı adamların necə qiymət verəcəyini düşünərək geyinir, alır geyimlərini. Dar düşüncəli insanlar vaxtlarını belə şeylərə sərf etməkdənsə enerjilərini faydalı işlərə xərcləsinlər!

  1188   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up