Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
15 Августа 2014

"ADS" firmasının mat görünüşlü göz kölgəsi ucuz olsa da çox yaxşıdır

Gözaltı nahiyəmdə yüngül qaraltılar olduğuna görə ağ rəngdə göz kölgəsi axtarırdım. Düzü bir neçə tanınmış parfümeriya dükanlarında mat görünüşlü göz kölgəsi axtarsam da tapa bilmədim, hamısı zərli ya da yağlı idi. Amma mən məhz gündəlik, həm də gözaltı nahiyə üçün istədiyimdən zərli kölgə heç istəmirdim.

Axırı təsadüfən 28 may yeraltı ticarət mərkəzinin mağazalarından birində Çin istehsalı olan ADS firmasının mat görünüşlü göz kölgəsini mənə məsləhət gördülər.

Mən ağ rəngdə sadə olan 10 nömrəsindən aldım. Çəkisi 3 qramdır. Qabının içində öz ikitərəfli kisti də var. Qiyməti isə cəmi 3 manata yaxin idi.

Alanda elə də ürəklə almadım ki, yəqin keyfiyyətli olmayacaq. Amma alıb istifadə etdikdən sonra gördüm ki, heç də elə deyil. Göz kölgəsi asanlıqla gözətrafı nahiyəyə çəkilir, toz kimi tökülmür, zərli, yağlı deyil, gözaltı nahiyədəki qaraları isə super deməzdim amma normal örtür. Yəni, bu qu qiymətə əla nəticədir.

Ucuz qiymətə yaxşı mat görünüşlü ağ göz kölgəsi istəyən xanımlara ADS firmasının 10 nömrəli göz kölgəsini almağı məsləhət görürəm.

  1561   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Декоративная косметика

Artdeco Lip passion (#43 Creamy dahlia) - həm rəng tonuna, həm də keyfiyyətinə görə 100% bəyənəcəksiniz
Декоративная косметика

ArtDeco Rich treatment foundation tonal kremi məncə bir çox xanımın ürəyincə olacaq
Декоративная косметика

Monaliza qaş karandaşı (004 çalarlı) ilə qaşlarım daha səliqəli və baxımlı görünür
Декоративная косметика

Mən üstünlüyü "Londa" saç boyalarına verirəm
Декоративная косметика

Collistar Rosetto Art Design dodaq boyasının 11/papaya rəngi - şaftalı rəngini axtaran xanımlar üçün:)
Декоративная косметика

Maybelline Lash Sensational Веерный Объем – kirpikləri əla burur və uzadır
Декоративная косметика

Faberlic "Безупречная кожа" Легкий светящийся – bu tonal kremi çəkdin ya çəkmədin heç bir fərq eləməz
Декоративная косметика

"Wellaton" saç boyası - ilk istifadədən xoşumuza gəldi
Декоративная косметика

"Lavsonia" xınası – həm qablaşmanın tərkibi yarımçıq çıxdı həm də şabalıdı rəng alınmadı
Декоративная косметика

Givenchy Noir couture volume mascara – qiymətinə aldanmaq lazım deyil
Декоративная косметика

ADS матовые тени

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up