Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
13 Августа 2014

Azercellin yeni imic filmini çox bəyəndim, gözəl musiqi və baxımlı reklam

Artıq 5 ildir ki, Azercelliyəm. Bu mobil operatordan beş il ərzində elə bir şikayətim olmayıb. Azercellin sərfəli danışıq kompaniyalarından, tariflərindən faydalanmışam. Telefonda mobil internetin sürətindən də razıyam, bölgələrdə də heç bir problem yaşanmır.

Televiziya kanallarında Azercellin yeni imic filmini izlədim. Filmin ən çox bəyəndiyim cəhəti isə musiqisi oldu. Bu hamımıza yaxşı bələd olan, Polad Bül-Bül oğlunun ifasında tanıyıb və sevdiyimiz “Gəl ey səhər” mahnısının musiqisidir. Ancaq reklam çarxında musiqi yenidən aranjiman olunub. Buradakı musiqi bəstəkar Panagiotis Kalatzopoulos tərəfindən təqdim olunmuş rimeyk versiyadır.

Bu reklam çarxı DDB Azərbaycan reklam agentliyi tərəfindən çəkilib. Qısametrajlı filmin rejissoru isə portuqaliyalı Paulo Aresdir.

Filmdə müxtəlif insanların həyatı və onların həyatında telefonla ünsiyyətin önəmindən bəjs olunur. Bu insanlar Azərbaycanın müxtəlif bölgələrində yaşayan, işləyən və təhsil alan insanlardır. Onların uzaq məsafələrdə olmaqlarına baxmayaraq Azercell ilə sərhədsiz ünsiyyətin sevincini yaşayırlar.

Film haqqında məlumatda çəkilişin yeddi gün, Bakının mərkəzində və ucqarlarında, o cümlədən Lənkəran rayonunun çay plantasiyalarında aparıldığı bildirilir. Filmdə yer alan insanlar da elə sadə adamlardır. Film muqisiqi ilə birlikdə maraqlı, gözəl və baxımlı alınıb.

  1340   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Реклама и видеоролики

Bu video bir çox insanlar kimi məni də çox duyğulandırdı
Реклама и видеоролики

Adi süd reklamı olsa da ibrətamizdir
Реклама и видеоролики

Bu möhtəşəm musiqi layihəsinə qulaq asmağa dəyər
Реклама и видеоролики

Azərbaycanlılarımızın hər sahədə qələbələri bizi çox sevindirir
Реклама и видеоролики

Bu ailənin vəziyyəti doğrudan da acınacaqlı, ürəkağrıdıcıdır
Реклама и видеоролики

Heydər Əliyevin canlı portreti həqiqətən möhtəşəm idi
Реклама и видеоролики

Coca colanın bu reklamını çox bəyəndim
Реклама и видеоролики

Çox əla ideyadır. Kreativlik buna deyərdim
Реклама и видеоролики

"Yaşasaydım 23 yaşım ..." – biz onları unutmamalıyıq...
Реклама и видеоролики

Müqəddəs Kəbənin içini virtual ziyarət etmək istəyənlər oxusunlar
Реклама и видеоролики

Реклама

  Положительных отзывов: 9

  Отрицательных отзывов: 4

Рекомендованные Реклама и видеоролики


Videoroliklər
Реклама и видеоролики

Reklam
Реклама и видеоролики


up