Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
13 Августа 2014

Ilyas Əfəndiyevin "Söyüdlü arx" romanını təkrar-təkrar oxusam da bezmirəm

Roman janrı ədəbiyyatda ən çox sevdiyim və mənə ən çox yaxın olanıdır. Romanlar daha çox həyati, mənalı, ibrət götürməli olur. Müasir dövr yazıçılarının da romanlarını oxuyur və bəyənirəm. Ancaq ötən əsrin dahi yazıçısı olmuş İlyas Əfəndiyevin romanları illər keçsə belə yaddaşımın bir küncündə hələ də qalmaqdadır.

Bu romanların içərisində “Söyüdlü arx” romanı isə öz xüsusiliyi, özəlliyi ilə seçilir. “Söyüdlü arx” romanı 1959-cu ildə dərc olunub.

Romanda Nuriyyə adlı bir qızın həyatından və onun uzaq bir kənddə başına gələnlərdən bəhs olunur. Nuriyyə yetim bir qızdır, onun Bakıda Ələsgər dayısından başqa bir yaxını yoxdur. Tələbəlik illərində bir leytnantla tanış olur və onlar arasında elə ilk görüşdən böyük bir sevginin təməli qoyulur. Ancaq tale onların yolunu ayrırır. Nuriyyə hər gün görüş yerinə gəlsə də leytenant Murad gəlmir ki gəlmir. Səbri tükənən Nuriyyə baş götürüb gedir. Öz arzusu olan aktrisalıq üzrə təhsil alır, teatr instituna daxil olur. Daha sonra təyinatla onu Güney Qışlağa, oradakı mədəniyyət evinə göndərirlər. Güney Qışlaqda o illər əvvəlki sevgisi ilə, Muradla qarşılaşır. Murad bu kəndlə qonşu olan Quzey Qışlağın kolxoz sədridir. Ancaq onun evli olmasını öyrənən Nuriyyənin bütün ümidləri bir andaca qırılır. Əslində ötən əsrin problemlərindən danışılsa da, o problemləri bü gün başqa bir formada yenə də yaşamaqdayıq.

İndi Nuriyyə kimi qızlarımız azdı, Nuriyyə istəsə Muradın ailəsini dağıda bilərdi, amma o əsl namuslu, ismətli bir qız kimi rəftar etdi. İndi isə ailə dağıdanlar bunu özlərinə hətta şərəf bilirlər. Indi də kəndlərimizdə mədəniyyət evlərinin olmasına ehtiyac var, ucqar kəndlərdəki insanlar mədəniyyətdən, ədəbiyyatdan uzaq düşməməlidir.

Mənə ən çox təsir edən Nuriyyənin yaşadıqları oldu, ömrü boyu əziyyət çəkmiş bu qız aktrisalıq edərək qəlbi ağlasa da ətrafındakılara sevinc bəxş edə, onlara nələrisə öyrədə bildi. Kaş ki, ətrafımızda Nuriyyə kimi ismətli, qeyrətli, namuslu, mərd, işinə can yandıran, tək öz mənafeyini düşünməyən insanlar çox olsaydı!

  12244   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Ильяс Эфендиев "Ивы над арыком"

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up