Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
12 Августа 2014

Qızlar oxumadan keçməyin - çox effektiv xurma pəhrizi :)

Qızlar, bu yaxınlarda internetdə çox effektiv bir pəhriz menyusu oxudum. Menyusu xoşladığım məhsullardan ibarət olduğu və asan olduğu üçün bu pəhrizi saxlamaq qərarına gəldim. Menyusu belədir:

Deməli, gündə 3 dəfə hər dəfə 7 xurma yeyirsiz (hər dəfəsində 7 xurma nəzərdə tutulur. Gün ərzində ümumi olaraq 21 ədəd xurma edir). Hər dəfə 7 xurmanı yeyib qurtardıqdan 10-15 dəqiqə sonra qatıq detoksunu içirsiniz.

Qatıq detoksu isə belədir: 1 kasa qatıq + limon suyu + zəncəfil + darçın + pul bibər (adi istiot yox). Bunların hər birindən yarım çay qaşığı töküb qarışdırırsız.

Xurma və qatıq detoksundan əlavə gün ərzində 2 stəkan yaşıl çay və 2 litrə qədər su içmək olar. Axşam saat maksimum 7-8-ə kimi yeməyinizi və su qəbulunu yekunlaşdırın. Bundan başqa menyuda hansısa bir dəyişiklik və yaxud əlavələr etmək olmaaaz! :) Nə qədər əlavələr, dəyişikliklər etsəniz nəticə də bir o qədər az olacaq. Bu qədər sadə :)

Xurmaya qaldıqda isə marketlərdə satılan adi paçkada olan İran xurmalarından ala bilərdiniz. Yəni çətin tapılan bir şey deyil. Xurma özü çox xeyirli və vitaminli meyvə olduğuna görə adamı tox saxlayır və həm də ləzzətli olduğuna görə adamın ağzı da dada gəlir.

Mən 1 həftə bu pəhrizi saxladım və 4,600 kq arıqladım. Düzdür pəhriz 3 gündən sonra bezdirici gəlsə də dözmək olur və aclıq hissi o qədər də bilinmir. Pəhriz bitdikdən sonra da iştah azalır və çox yemək istəmirsən.

Sözsüz ki pəhrizi saxladıqdan sonra birdən-birə yeməm rasionunu çoxaltsanız əvvəlki kiloları qaytaracaqsınız. Ona görə pəhrizdən yavaş-yavaş çıxın və ümumiyyətcə axşam 6-7-dən sonra yeməyi tərgizin. O ki qaldı pəhrizə, mən bu pəhrizi bəyəndim və arıqlamaq üçün pəhriz menyusu axtaran bütün xanımlara məsləhət görürəm.

  33749   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Похудение

Herbalife arıqlama klublarına getməyə dəyər ya yox? Şəxsi təcrübə
Похудение

Evdə edə biləcəyimiz bir neçə rahat və effektli üsullarla arıqlamaq mümkündür
Похудение

Pəhriz saxlayanlara məsləhət: Qida rasionunuza badam daxil etməyi unutmayın
Похудение

Bu möcüzəvi yaşıl içkini istifadə etsəniz daha da gözəl və arıq olarsınız
Похудение

"Aktyor pəhrizi" – tez bir zamanda çəki itirmək üçün ideal pəhrizdir
Похудение

“12 gün” pəhrizi - düzdür bu pəhrizlə 10 kq arıqlamaq olar, amma nəyin bahasına?!
Похудение

"Eveline Slim Extreme 3D" - bu kremdən 1 ay istifadə olunsa, məncə orqanların çoxu sıradan çıxar
Похудение

5:2 pəhrizi - ən azından çəkini saxlamaq üçün çox asan üsuldur
Похудение

Limon pəhrizi – ehtiyatlı olmaq lazımdır
Похудение

Финиковая диета

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up