Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
08 Августа 2014

Yalnız telefonuma gələn smsdən "Romantic" mağazasında faiz gəldiyini öyrənməliydim?!

Albalı kart istifadəçisiyəm. Belə kartların olmasını bir tərəfdən dəstəkləsəm də digər tərəfdən əslində əlavə pul sərfiyyatı olduğunu düşünürəm. Bununla belə çox vaxt belə kartın olması adamın köməyinə gəlir. Əslində nisbətən kiçik məbləğdə nə isə alanda yox, böyük məbləğdə olduqda kartdan istifadə daha sərfəlidir.

Sözümün canı isə başqadır. Bir çox mağazalarda albalı kartla alış-veriş etdikdə üzərinə faiz gəlir, elələri var ki, heç bir faiz filan gəlmir. Bunlardan biri də mən bildiyim qədərilə, yəni albalı.az saytı vasitəsilə öyrəndiyimə görə Romantik mağazası idi. "İdi" ona görə ki, artıq deyil.

Bu barədə isə alış-veriş etdikdən sonra xəbər tutmuşam. Belə ki, Romantik mağazasından paltar aldım. Kassir xanıma albalı kartla ödəyəcəyimi dedim. O da 3 yoxsa 6 aylıq olacağını soruşdu. 6 ay ərzində ödəyəcəyimi bildirdim. Ancaq kassir xanım faiz barədə heç bir söz demədi.

Bir az keçdikdən sonra telefonuma gələn smsdə paltarın qiymətindən əlavə üzərinə pul gəldiyini görəndə təəccübləndim. Sonra sayt vasitəsilə öytəndim ki, 6 aylıq olduqda üzərinə 3,5 % komissiya haqqı gəlir. Düzdür bu böyük məbləğ deyil. Ancaq düşünürəm ki, mən bunu sms vasitəsilə öyrənməli deyildim. Belə bilsəydim 3 aylqı ödəyərdim, əlavə pul ödəməli olmazdım. Ona görə də kassirlər yeni məlumatları müştərilərə bildirməlidirlər.

  1545   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Магазины

"Despina boutique" geyim mağazasında sərfəli endirimlərlə zövqlü geyimlər əldə etdim
Магазины

"Afko" ayaqqabı mağazasının daimi müştərisi olaraq sizdən çox razıyam
Магазины

"Bon appetit"dən alınan çiyələkli "Liliana" tortu
Магазины

Xaqani küçəsində yerləşən İdeal mağazasının xanım məsləhətçilərindən çox narazıyam!
Магазины

Bu cür mağazalar daha çox olsa əla olar
Магазины

Viva-nın "Günün dadı yarı qiymətə" aksiyası çox sərfəlidir
Магазины

Ideal-ın "Özəl müştəriləri üçün özəl aksiya"sı özəl yox sirr olaraq qaldı
Магазины

"Чудо печка" около станции метро "Сахиль" - отвратительное, грубое обслуживание
Магазины

Магазин школьных принадлежностей "Zəka" - большой выбор и приемлемые цены
Магазины

Həqiqətən də layiqli sözlər: Gözəl günün özəl dadını "AZZA cake house"da tapmaq mümkündür
Магазины

Romantic

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 3


up