Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
04 Августа 2014

Reytinq xatirinə əsassız informasiya yayanlara ar olsun!

Informasiya dünyasında yaşayırıq, hər gün beynimiz yeni informasiyalar qəbul edir. İnformasiya heç də elə belə deyil, insanlara müəyyən mənada təsir göstərir. Son günlər ərzində Azərbaycan mediyasında o qədər yalan məlumat yazılıb ki, sanki elə belə də olmalı imiş.

Televiziyaları xəbər yaymamaqda günahlandırdılar, düzdür razıyam ancaq düşünürəm ki, elə yalan məlumatlar yayılmasındansa yayılmasın heç. Heç olmasa internetdən hər kəs istifadə etmir, xüsusilə də ata analar. Ancaq televiziya mütəmadi olaraq izlənilir.

Son günlərdə ölkə təşviş içindədir, ermənilərin hücumu nəticəsində cəbhə bölgələrində əsgərlərimiz şəhid oldular, canlarını bu torpaq uğrunda fəda etdilər. Allah bütün şəhidlərə rəhmət eləsin, yaxınlarına səbr versin.

Belə qarmaqarışıqlıqda bir çox sayt rəhbərləri öz işlərindən əl çəkmədilər. Sırf reytinq xatirinə saytlarının yalan dolan məlumatlarla doldurdular. Xüsusilə də facebook sosial şəbəkəsində kim hardan nə eşitdi və yaxud da özündən uydurduğu məlumatları paylaşırdı. Ancaq düşünmədilər ki, insanlar panikaya düşür, gənclər oxuduqları xəbərləri valideynləri ilə bölüşürlər. Ata analar narahatlıqdan yer tapa bilmirlər.

İnsanların hissləriylə belə oynamaq olmaz. Yalandan yazdılar ki, guya artıq səfərbərlik elan olunub, cəbhə bölgələrindəki kəndlər boşaldılır. Hələ bir Misirdə ya Suriyadakı görüntüləri yayaraq Azərbaycan ordusunun qırıcı təyyarələrinin hücuma keçdiyini, müharibənin başlanıldığını da uydurdular.

Belə saytlara, yalan məlumat yayanlara ar olsun! Şəxsən mən özümə yer tapa bilmirdim, ürəyim parçalanırdı belə xəbərləri gördükdə. Dediyiniz postlarda yaxınları hərbi xidmətdə olanlar var, onların gözü yolda qalanları, sağ-salamat qayıtması üçün gecə-gündüz dua edən anaları, ataları, yaxınları var. Adi cəbhədə atəşkəsin pozulması barəsində xəbər gələndə oğlu o hərbi hissədə olan ananın nələr yaşadığını bir özünüz düşünün!

Bəsdir insanların ürəyi ilə oynadız! Demirəm ki, xəbər verilməsin, yox, xəbərlər verilməlidir ki, insanlar məlumatsız olmasınlar, ancaq düzgün xəbər verilməlidir. Heç bir əsası olmayan, uydurma xəbərlər sizdən başqa heç kimə lazım deyil. Gün ərzində reytinq yığmaqla deyil ki, bunun sabahı da var, artıq insanlar sizə inanmayacaq.

Elə insanlar var ki, sırf bu xəbərlərin ucbatından depressiyaya belə düşür, yalan olduğunu biləndə isə belə desək qan vurur beyninə, beləcə əsəblər də korlanır. Bir az insafınız olsun, onsuzda dərdli olanın dərdinə dərd qatmayın. Allah əsgərlərimizi qorusun!

  1057   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up