Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
31 Июля 2014

Mürəbbəli və ya meyvəli piroq əsl yay şirniyyatıdır

Yay aylarında şirniyyat yeməyi çox xoşlayıram. Yeməkdən əlavə almaqdansa bişirməyi daha üstün tuturam. Evdən şirniyyat qoxusunun gəlməsinin ayrı ləzzəti var. Yay aylarında yağlı olmayan, daha yüngül şirniyyatlar adama xoş gəlir. Bu yüngül şirniyyatlardan birinin reseptini sizlərlə də paylaşmaq istəyirəm. Hazırlanması olduca rahatdır.

Lazım olan ərzaqlar
Sana yağı: 1 ədəd(başqa paket yağ da ola bilər)
Yumurta: 2 ədəd
Şəkər tozu: 1 stəkan
Qatıq: 2 xörək qaşığı
1 çay qaşığı soda və ya qabartma tozu
Un: 4 stəkan Mürəbbə və ya meyvə

Hazırlanması:
- Əvvəlcə yağı əridib bir qabda soyuması üçün qoyun.
- Yumurtayla şəkər tozu qarışdırılaraq yaxçıca çalınır, qarışığın üzərinə isə soyudulan yağ tökülür.
- Daha sonra sodanı qatıqla qarışdırın ki, soda sönmüş olsun. Bu qatığı da töküb bir az qarışdırılır.
- Unu isə asta-asta tökmək və qarışdırmaq lazımdır. Vəssalam xəmir hazırdır, yumşaq və yağlı bir xəmir alınır.
- Xəmirdən az miqdarda, ovuc içi qədər götürüb buzxanaya qoyun ki, donsun.
- Xəmiri siniyə əllə səliqəli şəkildə yaydıqdan sonra üzərinə ya mürəbbə tökmək olar. Ya da hər hansı bir meyvəni, məsələn çiyələyi əzib şəkər tozu ilə qarışdırıb xəmirin üzərinə çəkmək olar.
- Buzxanadakı xəmiri isə sürtgəcdən keçirərək səpmək lazımdır. Sobaya qoyduqdan sonra isə arada baxmaq və bişərkən götürmək lazımdır.

Dadı da çox şirin olmur piroqun, normaldır, həm də yüngüldür. Nuş olsun!

  5569   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Сладости

  Положительных отзывов: 19

  Отрицательных отзывов: 0


up