Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
24 Июля 2014

Aqata Kristinin "Qara qəhvə" detektiv əsəri məni də çaş-baş qoydu, maraqlıdır!

Aqata Krristi məşhur İngiltərəli yazıçıdır, onu detektiv əsərlərin kraliçası adlandırıblar. Hazırda onun əsərləri 103 dilə tərcümə olunaraq bir sıra ölkələrə yayılıb. Aqata kristi yaradıcılığı və əsərləri barəsində eşitsəm belə onun əsərlərini oxumamışdım.

Yaradıcılğı ilə ilk tanışlığım “Qara qəhvə” detektiv əsəri ilə oldu. Detektiv əsərləri çox sevdiyimdən əsəri maraqla və böyük həvəslə oxumağa başladım. Kitabı ingiliscədən tərcümə edən isə Ramil Rahiboğludur. Bəlkə də tərcümə ilə yaxından əlaqəm olduğundan tərcüməçinin hər bir detalı necə tərcümə etməsinə xüsusilə diqqət edirdim. Onu deyim ki, səhvlər var, əslində bu səhvlərin olması bir tərəfdən də qaçılmazdır. Amma əsəri oxuyanda onun məhz tərcümə əsəri olması hiss olunmamalıdır. Ancaq mən bunu çox məqamlarda hiss etdim.

Deməli əsərdə təqaüdə çıxmış məşhur detektiv Erkül Puaronun mükəmməl zəkasının ortaya çıxardığı cinayət işindən söhbət gedir. Klod Emori məşhur bir alimdir, onun hazırladığı düsturun milyon dollarlıq qiyməti var. Elə bu düsturu yaratması onu ölümə sürükləyir. Cinayətdə onun ailə üzvləri də daxil olmaqla katibi, İtaliyadan gəlmiş qonaq və bir sözlə hamıdan şübhələnirlər. Əsas şübhə isə evin gəlini Lüsiya Emorinin üzərində qalır. Ölüm məqamı o qədər mükəmməl yazılıb ki, oxucu əslində Klod Emorinin kimin öldürdüyünü aydınlaşdıra bilmir. Özüm də çaş-baş qaldım.

Yalnız sona qədər oxuduqdan sonra əslində özümün də Erkül Puaro kimi bəzi incə məqamlara diqqət etsəm cinayətkarı tapa biləcəyim qənaətinə gəldim. Hadisələr çox maraqla irəliləyir, incə məqamlar ortaya çıxdıqca daha da maraq artır.

  5260   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Агата Кристи

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up