Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
24 Июля 2014

"Növbə mədəniyyəti" anlayışı çox təəssüf ki bizlərə yaddır!

“Hər şeyin ən yaxşısı mənim olsun”, bu bizim prinsipimizdir. Hələ bu prinsipin başqa cəhətləri də var, “başqalarının canı cəhənnəmə”. Ancaq normal düşüncəli insan tək özünü deyil başqalarını da düşünə bilsə onda cəmiyyət formalaşmış olar. İndi insanları birləşdirən yeganə cəhət ölüm qorxusudur, yalnız zəlzələ baş versə heç bir-birini tanımayan qonşular bir-birinə sığınar. Danışmaq istədiyim isə başqa bir mövzudur.

Əslində elə bu da insanların yalnız özünü düşünməsindən irəli gələn haldır. Hamımız belə halla milyon faiz rastlaşmışıq. Heç bir növbədə insanlar növbəni gözləmirlər və basabas yaranır, dava-qırğın düşür. Kimisi əzilir, kimisi söyülür, kimisinin əsəbləri tarıma çəkilir, kimisi də döyülür. Ancaq heç kimin ağlına öz normal növbəsini gözləmək gəlmir, elə özlərini irəli soxmağa can atırlar. Elə bayaq bu mənzərə aydın şəkildə sübut edən bir video izlədim, adam dəhşətə gəlir.

Xaricdə eyni mənzərəni görəndə bir daha əmin olursan ki, bizdə “növbə mədəniyyəti” deyə bir anlayış ümumiyyətlə yoxdur. Avropanı özümüzə məhz belə baxımdan nümunə götürməliyik, pis cəhətdən yox. Deməli videoda bir telefon dükanı havayı aksesuarlar paylayır və millət də axışıb nə axışıb, gəl görəsən. Xaricdə isə elə azərbaycanlı bir heykəltaraş Xanlar Qasımov Amerikada özünün sənət dərslərindən qazandığı qonorarın bir hissəsini qızıla çevirib, bu 18 klıq qızılı küçədən keçənlərə paylayır, əhsən belə azərbaycanlıya! Ancaq oradakı əhali heç də səs-küy salmır, özünü qabağa atmır, normal şəkildə hərəkət edirlər.

Ümid edirəm ki, nə vaxtsa növbə mədəniyyəti bizdə də olacaq. Hər iki videonu paylaşıram, özünüz qiymət verin. 

  2084   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up