Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
22 Июля 2014

Saçqıranlardan azad olmaq üçün yeganə üsul saçların uclarının vaxtaşırı kəsilməsidir

Uzun müddət saç fenlərindən istifadə etdiyim üçün saçlarım çox cansızlaşmış, uclarında isə saçqıranlar əmələ gəlmişdi. Saçqıran isə bildiyimiz kimi həm saçları uzanmağa qoymur, həm də onları baxımsız göstərir.

Bunun üçün salonlardan, apteklərdən bir çox kremlər, maskalar, spreylər, yağlar almışdım və cürbəcür maskalar edirdim. Amma dəqiq deyə bilərəm ki, saçqıran artıq saçlara düşübsə heç bir maska və kremlərin onlara faydası olmayacaq.

Artıq neçə vaxtdır ki (1 ildən çox), saçlarımın uclarını hər ayda bir dəfə, arada isə 2 dəfə azca kəsdirirəm. Əslində qısa saçları xoşlayanlar birdən – birə saçlarını qısa da kəsdirə bilərlər. Amma mən uzun saçları sevdiyim üçün saçlarımı çox qısa kəsdirməyə ürəyim gəlmir. Amma yenə də az-az kəsməklə saçlarım sözün əsl mənasında canlanıb və saçqıranlar xeyli azalıb.

Artıq əlavə effekt almaq üçün saç maskalarından, yağlardan istifadə edirəm və saçlarımı qidalandırıram. Bundan başqa gündəlik saç düzləşdirməsini də azaltmışam. Demək olar ki, 1 ildir ki saçlarımı ancaq xüsusi günlərdə düzləşdirirəm.

Ona görə də əgər saçlarınız çox yanıbsa və saçqıranlar yaranıbsa boş-boşuna bahalı maskalar, spreylər almayın. Saçqıranları yox etməyin yeganə üsulu saçların uclarını tez-tez və az-az kəsdirməkdir. Saçlarınıza əlavə qulluğu isə yalnız ondan sonra edə bilərsiniz.

  16442   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...
Секреты красоты

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...
Секреты красоты

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за волосами

  Положительных отзывов: 12

  Отрицательных отзывов: 0


up