Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
16 Июля 2014

Uşaqlara söyüş öyrədənlər onlardan hansı gələcəyi gözləyirlər?!

Ta uşaq vaxtından bu günə qədər “uşaqlar bizim gələcəyimizdir” cümləsi ilə böyümüşük. Bu cümlə heç də boşuna deyilməyib, gələcəyimiz olan uşaqları gələcək üçün düzgün tərbiyələndirmək əsas şərtdir. Onların tərbiyəsi, savadı, dünyagörüşü gələcəyimizin necə olacağından bizi xəbərdar etmiş olur.

Ancaq bir hal məni həmişə məyus edib. Mən öz ailəmdə belə bir halla qarşılaşmamışam, amma belə hallar çox baş verir. Söhbət uşaqlara söyüş öyrədilməsidir. Biri var uşaq söyüşü haradansa eşidib yadında saxlaya biri də var öyrədilə. Özüm dəfələrlə şahid olmuşam ki, məsələn uşağın ata tərəfdən qohumları uşağa öyrədirlər ki, bir xalanı, dayını, nənəni, babanı söy görək və ya əksinə.

Uşaq da başlayır nə başlayır. Qohumlar da fəxr edirlər, uğunub gedirlər, hələ bir maşallah, malades də deyirlər. Belə mühitdə böyüyən uşaqdan hansı gələcəyi gözləmək olar?! Hələ valideynlər özləri də öyrədirlər. Öyrətməkləri bir tərəfə qalsın, evdə söyüşlə danışan ər arvad uşağa ən pis nümunədirlər.

Uşağın beyni ağ bir vərəqdi oraya nə yazsan elə də olacaq, onu ordan pozmaq mümkün deyil, beynində həkk olunacaq. Söyüş ucuzluq, səviyyəsizlik, dar düşüncəlilikdir. Ağılı yerində olan, ilk növbədə özünə hörmət edən şəxs söyüş söyməz, nə də övladına öyrətməz.

  1908   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up