Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
21 Июля 2014

Yerli istehsal olan "Buta" şampun və balzamı – bu qədər gözəl gözləmirdim :)

İmho.az saytında yerli istehsal olan Buta şampunu haqqında rəy diqqətimi cəlb etdi. Çoxları kimi elə mən də indiyənədək ancaq xarici saç şampularından istifadə edirdim. Dəyişiklik etmək, həm də yerli istehsalımız olan məhsulları sınaqdan keçirmək mənə çox maraqlı gəldi. Ona görə İdeal-a yollanıb oradan xanımın rəydə yazdığı Nar tərkibli şampundan və saç üçün balzamdan aldım.

Saç şampunu 2 manat, balzam isə 2 manat 20 qəpikdir. İstifadə etdikdən sonra isə həqiqətən yerli məhsulumuza əhsən dedim.

Şampun çox yaxşı köpüklənir, saçları həqiqətən yaxşı yuyur, balzam da saçları çox yaxşı yumşaldır və saçlar rahat daranır. Saçlarım cod olduğundan mütləq balzam istifadə edirəm.

Gazelli LTD tərəfindən Azərbaycanda istehsal olunmuş bu məhsulların qoxusuna isə həqiqətən söz ola bilməz. Satışda hər tərkibdə və qoxuda məhsullar var idi. Başqalarını deyə bilmərəm, amma təbii nar cövhərinin ekstraktlarından hazırlanmış Buta saç yuma vasitələrinin ətri çooox gözəldir. Adam lap dadına baxmaq istəyir.

Maye özü tünd çəhrayı rəngdədir. Şampun 800 ml, balzam isə 500 ml həcmdədir. Həcmləri kifayət qədər böyük, qiyməti də kifayət qədər sərfəlidir. Məncə mütləq alıb sınayın :)

  6027   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Средства гигиены

Ağ-qara ləkələrə qarşı "Garnier mineral невидимый" dezodorant-antiperspirantı tünd rəngli paltarlara ləkə salır
Средства гигиены

Saç tökülməsinə qarşı "Bioxen femina" - alanda çox da ümidim olmasa da, effektini gördüm
Средства гигиены

Alfaparf Milano-nun UOMO şampunun istifadəsindən sonra saçımda xeyli yaxşılaşma hiss etdim
Средства гигиены

"Nicos" firması yenə də öz keyfiyyəti ilə sevindirdi – bu dəfə sabunları ilə
Средства гигиены

Palmolive Spa "Шоколадная вуаль" - шикарный аромат...
Средства гигиены

Благодаря этому шампуню волосы шелковые и мягкие, как в сказке
Средства гигиены

"İlona" sabunlarının nə ətrini nə də keyfiyyətini qətiyyən bəyənmədim
Средства гигиены

Yağlı və problemli dərilər üçün Faberlic Antibakterial Ultra Clean Green geli xüsusilə yay vaxtı köməyimə çatır
Средства гигиены

Nivea pure&natural təmizləyici süd - məsləhət olunmalı qulluq vasitəsi deyil
Средства гигиены

Duş üçün "Avon senses - аромат тайны" krem-gelindən davamlı olaraq alacağıma əminəm, super
Средства гигиены

Бута шампунь

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 0


up