Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
18 Июля 2014

"Elman optika" – apteklərdə insana can yandıran həkimlərin olması sevindirici haldır

Gözümdə uzaqgörmə probleminin olduğuna görə eynək almaq istəyirdim. Eynəklərin təxmini qiymətləri ilə maraqlanmaq üçün “Elman optika” aptekinə getdim.

Bir il bundan qabaq gözümü poliknikada müayinə elətdirmişdim və həkim də mənə gözümün zəiflik dərəcəsini yazıb vermişdi. Lakin poliklinikadakı həkimdən və oradakı ancaq dədə-baba üsulu ilə göz yoxlama metodundan narazı qaldığım üçün, həkimin yazdığı nəticəyə də bir o qədər inanmırdım. Çünki indi – müasir texnologiyanın inkişaf etdiyi bir zəmanədə ancaq saralmış şüşələr ilə göz yoxlamaq məncə düzgün deyil.

Nəisə aptekə getdim və çox sevindim ki, apteklərimizdə həqiqətən tibb sahəsindən başı çıxan həkimlərimiz işləyir. Belə ki, Natəvan xanım adlı həkim gözümü yoxladı, məsləhətlərin verdi və təxmini zəiflik dərəcəsini söylədi amma yenədə daha professional göz yoxlayan aparatlardan müayinədən keçməyimi məsləhət gördü.

Əslində ondan heç bir şey getmirdi, poliklinikadakı həkimin verdiyi zəiflik dərəcəsinə uyğun eynək verib, məni yola verə bilərdi. Amma o bunu etmədi və təkidlə mənə professional aparatlarla müayinə olunmağımı məsləhət gördü. Mən də aptekdən çıxıb, bir neçə vaxt sonra özəl klinikaların birində gözümü müayinə elətdirdim. Həqiqətən poliklikadakı və özəl klinikadakı aparatları və müalicəni heç müqayisə etməyə də dəyməzdi, yerlə göy qədər fərq var idi.

Sonra yenidən aptekə artıq dəqiq nəticələrlə yollandım və eynəklərimi sifariş verdim. Aptekdə hər qiymətə eynək şüşələri və kənarları var. İmkana və zövqə görə istənilən birindən almaq olar. Natəvan həkim və oradakı başqa məsləhətçilər də hər bir alıcıya seçim etməkdə kömək edir və məsləhətlərini verirlər.

Həqiqətən sevindirici haldır ki, təkcə cibini yox, insanların sağlamlığını fikirləşən bu cür gülərüz həkimlər var. Aptekin təmziliyinə, səliqəsinə, mallarının keyfiyyətinə və hər cibə uyğun qiymətlərə isə söz ola bilməz. Aptek Atatürk prospekti, köhnə Samsung ilə üzbəüz yerləşir.

  2873   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Аптеки

Apteklərdə dərmanlar nə tapılmır, nə də qiymət heç də ucuzlaşmayib, artıb – Reallıq budur
Аптеки

"Zəm-zəm" aptekində başqa apteklərdə çətin tapılan dərmanları əldə etmək mümkün olur
Аптеки

"Planet" aptekində qiymətlər daha ucuzdur
Аптеки

Besmartdan Fuvia optics-a kupon aldım, şişirdilmiş qiymətlərə görə heç istifadə də etmədim!
Аптеки

Bəzi apteklər icarə qiymətlərini xəstələrin kürəklərindən çıxarırlar! Nəyə görə?
Аптеки

Центральная аптека - лекарства здесь намного дороже, чем в других аптеках
Аптеки

Аптека Elite - можно найти практически любое лекарство
Аптеки

Elman optika

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up