Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
11 Июля 2014

Qaraqanın "A" kitabı, müasir dünyanın eybəcərlikləri bütün çılpaqlığı ilə

Qaraqan kimi tanıdığımız Elxan Zeynallı yazıçı, jurnalist, eyni zamanda da musiqiçidir. H.O.S.T qrupunun solisti olan Qaraqanın indiyə kimi işıq üzü görən albomlarından mahnılarını daima maraqla dinləmişəm. Birincisi ona görə ki, dinlədiyim digər mahnılardan daha mənalı və fərqlidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, və onun bir neçə romanları var. Bir yazıçı kimi onun yaradıcılığı ilə tanış deyildim. Ancaq onun “A” romanını oxumaqla onun yaradıcılığı, yazıçılığı ilə tanış oldum. Bu 2012-ci ildə ABŞ-da çap olunan ilk azərbaycanlı yazıçılarının kitabı olub.

Romanın baş qəhrəmanı Anar bir gün yaşadığı mühitdən tamamilə uzaqlaşmaq, özünü doğrulda biləcək bir cəmiyyətdə yaşamaq üçün evdən baş götürüb gedir. Əslində heç özü də bilmir ki, hara gedir, amma ümid edir ki, istəyinə nail olacaq. Onun kimi düşünən, bu cəmiyyətin bütün eybəcərliklərini görən və görməklə qalmayıb mübarizə aparan insanlar tapacağını fikirləşir.

Bu yolda o həyatının sevgisi, Aysel ilə rastlaşır. Ancaq onların ilk görüşləri yarımçıq qalır, Ayseli öz əlində oyuncağa çevirən onun div adlandırdığı şəxs onları ayırır. Anar həbsə düşür və orada özü kimi olan gənclərlə tanış olur. O gənclər onu öz qərargahlarına aparırlar. Anar çox sevinir, özü kimi düşünən insanları tapmaq onu sanki qanadlandırır.

Onların yaratdığı birləşmənin isə yeganə bir başçısı var, bu A adlı qəhrəmandır. Heç kim onun əslində kim olduğunu, necə olduğunu bilmir. Çoxları onu peyğəmbər belə adlandırır, seçilmiş sonuncu peyğəmbər. Onların qrupu tezliklə böyüyür, hətta xarici ölkələri belə əhatə edir. Onların məqsədi yeni dünya yaratnmaq, azğınlaşmış cəmiyyəti murdarlıqlardan təmizləməkdir. Bu yolda onlar bütün rüşvət alan müəllimləri, fahişələri, keyf çəkən biznesmenləri və başqalarını A-nın tapşırığına əsasən cəzalandırır.

Roman olduqca maraqlıdır, maraqlı olmasından əlavə, cəmiyyətimizin bütün eybəcərlikləri öz əksini tapıb. Bu roman bəlkə də çox üsyankardır, ancaq doğrudur. Əslinə dərk etsək belə göz yumduğumuz doğrulardır hamısı. Cəmiyyət çox azğınlaşıb, get-gedə dəyərlər itir, insanların bir-birinə olan sevgisi yoxa çıxır.

Romanda yazıldığı kimi insanları birləşdirə biləcək yeganə cəhət isə ölüm qorxusudur, məsələn zəlzələ, yanğın kimi. Anar nə qədər üsyankar olsa da onun valideynlərinə qarşı bu qədər sərt olmasını qəbul etmirəm, düzdür onlar nəyəsə göz yumub yaşayıblar, ancaq onların bunu dərk etmək imkanı olmayıb, onların beyninə nə isə yeritmək, günahlandırmaq mənasızdır.

Romanın elektron versiyasından oxumuşam, “Həyat Dəlixanadır, xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan”

  3087   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Гараган "А"

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up