Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
08 Июля 2014

“12 gün” pəhrizi - düzdür bu pəhrizlə 10 kq arıqlamaq olar, amma nəyin bahasına?!

“12 gün” pəhrizi haqqında internetdə oxudum və mənə o qədər də çətin gəlmədi. Üstəlik internetdə qızlar bu pəhrizlə 10-12 kq arıqladığını və razı qaldığını yazırdılar. Mənə o qədər çox arıqlamaq lazım olmasa da yenə də bu pəhrizi saxlamağı qərara aldım.

Menyusu belədir:
1-ci gün – 1 litr maksimum yağlılıq dərəcəsi 2,5% olan süd
2-ci gün – Təxminən 1 kq portağal və yaxud qreypfrut
3-cü gün – 500 qr yağsız kəsmik
4-cü gün – pörtlədilmiş, öz suyunda bişirilmiş yunan qabağı (kabaçok)
5-ci gün – 100-150 qr tünd qara şokolad
6-cı gün – 1 kq yaşıl alma
7-ci gün – 300 qr bərk və yağlılığı az olan pendir
8-ci gün – tərəvəz salatı və 1 litr duzsuz tomat soku
9-cu gün – 400 qr suda bişmiş mal əti
10-cu gün – tərəvəz salatı
11-ci gün –500 qr yağsız kəsmik
12-ci gün – 1 kq təzə gavalı və yaxud 500 qr qara gavalı

Bu gündəlik inqredientlərdən əlavə gün ərzində 2 litr su içmək lazımdır. Son qida qəbulu yatmamışdan minimum 3 saat qabaq olmalıdır.

Açığı birinci gün mənə elə də çətin gəlmədi. Çünki monodiyetalara öyrəşmişəm. 2-ci gün də elə bir çətinlik olmadı, amma artıq axşama doğru başım gicəllənməyə, fırlanmağa başladı, nəfəsim də sanki çatmırdı. Amma birtəhər yatıb, fikirləşdim ki, səhər, yəni 3-cü gün kəsmik yeyərəm keçər. Halbuki keçmirdi və özümü çox halsız hiss edirdim.

Yəqin ki hər bir orqanizm fərqli olduğu üçün hərə bu tip pəhrizlərə fərqli-fərqli dözümlülük göstərir. Mənə şəxsən bu pəhriz çox çətin gəldi.

3 günə 2,5 kq arıqlasam da, sonradan bu çəki tez bir zamanda qayıtdı. Əziyyətim də hədər getdi. Xanımlardan kimsə “12 gün” pəhrizini saxlamaq istəsə bu cür əks təsirləri nəzərə alsın.

  40975   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Похудение

Herbalife arıqlama klublarına getməyə dəyər ya yox? Şəxsi təcrübə
Похудение

Evdə edə biləcəyimiz bir neçə rahat və effektli üsullarla arıqlamaq mümkündür
Похудение

Pəhriz saxlayanlara məsləhət: Qida rasionunuza badam daxil etməyi unutmayın
Похудение

Bu möcüzəvi yaşıl içkini istifadə etsəniz daha da gözəl və arıq olarsınız
Похудение

"Aktyor pəhrizi" – tez bir zamanda çəki itirmək üçün ideal pəhrizdir
Похудение

Qızlar oxumadan keçməyin - çox effektiv xurma pəhrizi :)
Похудение

"Eveline Slim Extreme 3D" - bu kremdən 1 ay istifadə olunsa, məncə orqanların çoxu sıradan çıxar
Похудение

5:2 pəhrizi - ən azından çəkini saxlamaq üçün çox asan üsuldur
Похудение

Limon pəhrizi – ehtiyatlı olmaq lazımdır
Похудение

12 дней

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up