Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
08 Июля 2014

"Eveline Slim Extreme 3D" - bu kremdən 1 ay istifadə olunsa, məncə orqanların çoxu sıradan çıxar

"Eveline" dəriyə qulluq və baxım seriyasından olan bir çox kremlər haqqında eşitmişdim. Ona görə də bu yaxınlarda "Eveline Slim Extreme 3D" Professional Antisellülit Kremini əldə etdim. Qihməti 7 AZN-dir. Qablaşması 200 ml-dir və + 50 ml hədiyyə.

Satışda "Eveline" firmasının bir neçə növü var idi. Üzərindəki yazılara görə seçimimi məhz bu kremdə dayandırdım. "Eveline Slim Extreme 3D" Professional Antisellülit Kremi əsasən arıqlamaq üçün, elastik və şux bədənə sahib olmaq üçün nəzərdə tutulub.

Krem sellülitə və bədəndəki çatlara qarşı mübarizə aparır, yağ hüceyrələrini əridir. Əsasən qollar, qarın, bel və ayaq nahiyələrinə çəkilir.

İstifadə qaydası: gündə 2 dəfə əvvəlcədən arıqlatmaq istədiyiniz nahiyəyə pilinq və skrabla masaj edilir və yuyulur. Daha sonra masaj hərəkətləri ilə "Eveline Slim Extreme 3D" Professional Antisellülit Kremi həmin nayihələrə çəkilir.

Mən gündə bir dəfə bu qaydaya riayət edirdim və kremi çəkdikdən sonra kulyonka ilə həmin nahiyələri örtürdüm. Amma heç də istehsalçının yazdığı kimi yüngül sərinlik hissi hiss etmirdim, əksinə əməlli başlı soyuqluq hiss edirdim.

Bir həftə bu kremdən istifadə etdim amma bu soyuq effektə dözə bilmədim (daxili orqanlarıma ziyan olacağından qorxdum). Anlaşıldığı kimi qablaşmada yazılan 60% sellülitin azalması (əslində sellülitim yoxdur heç), kök nahiyələrdə santimetrlərin azalması, elastik, parlaq dəri effektini görmədim.

Kremin ətri xoşagələn, standart və təbiidir. Bəlkə də mən bu kremi düzgün istifadə etmədim, bəlkə kimlərəsə xeyri olub amma şəxsən mənim heç xoşuma gəlmədi və istifadəni yarımçıq saxladım. Ona görə rəyim mənfidir.

  4346   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Похудение

Herbalife arıqlama klublarına getməyə dəyər ya yox? Şəxsi təcrübə
Похудение

Evdə edə biləcəyimiz bir neçə rahat və effektli üsullarla arıqlamaq mümkündür
Похудение

Pəhriz saxlayanlara məsləhət: Qida rasionunuza badam daxil etməyi unutmayın
Похудение

Bu möcüzəvi yaşıl içkini istifadə etsəniz daha da gözəl və arıq olarsınız
Похудение

"Aktyor pəhrizi" – tez bir zamanda çəki itirmək üçün ideal pəhrizdir
Похудение

Qızlar oxumadan keçməyin - çox effektiv xurma pəhrizi :)
Похудение

“12 gün” pəhrizi - düzdür bu pəhrizlə 10 kq arıqlamaq olar, amma nəyin bahasına?!
Похудение

5:2 pəhrizi - ən azından çəkini saxlamaq üçün çox asan üsuldur
Похудение

Limon pəhrizi – ehtiyatlı olmaq lazımdır
Похудение

Eveline Cosmetics
Похудение

Эвелин Слим Экстрим 3D Антицеллюлитный крем

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up