Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
08 Июля 2014

Dr. Yusifzadə Fəxriyyə - çox savadlı və işinə məsuliyyətlə yanaşan həkim-oftolmoloqdur

Gözümdə zəiflik olduğu üçün yaxşı oftolmoloq-həkim axtarırdım. Tanışlardan birinin məsləhəti ilə HB Güven Klinikasında Dr. Yusifzadə Fəxriyyə xanımın yanında getdim. İlk öncə klinikanın nömrəsini internetdə taparaq ora zəng etdim və mənə bu həkimin xəstələri çox oludğu üçün yanına 4-5 gün qabaqcadan yazılmalı olduğumu dedilər və mən də yazıldım.

Həqiqətən gedəndə gördüm ki, yanına gələn xəstələr çoxdur, amma çox olmaqlarında baxmayaraq hərə ancaq öz yazıldığı vaxtda qəbul olunur. Həkimin özünə gəldikdə çox mehriban həkimdir. Gözümü 3 aparatda yoxladı. Özümün tibbi aparatlardan başım çıxmadığıma görə məhz hansı apartlar olduğunu dəqiq deyə bilmərəm.

Çox dəqiqliklə və tələsmədən gözümü yoxladı və 1 aylıq müalicə kursu yazdı. Bundan başqa, başqa həkimlər kimi xəstəni tez yola salmadı və 1 həftə sonra təkrar yenə müayinəyə gəlməyimi söylədi. 1 həftə sonra təkrar müayinəyə getdim və mənə göz zəifliyimə uyğun eynək yazdı, məsləhətlərini verdi.

Qeyd edim ki, Fəxriyyə xanımın qəbulu 30 manatdır. Amma 1 ay ərzində nə qədər yanına getsəz əlavə ödəniş etmək lzım deyil. Yəni mən 2-ci dəfə heç bir ödəniş etməmişəm.

Bir neçə il bundan qabaq başqa klinikaların birində də gözümü yoxlatdırmışdım, amma o klinikada cəmi 1 aparatda gözlərim yoxlanmışdı və elə həmin gündə eynək yazılmışdı. Ona görə nəsə o klinikaya inamım qalmamışdı və ona görə eynək də almamışdım.

Amma Fəxriyyə xanımın profesionallığına çox güvənirəm və onun yazdığı müalicəni, məsləhət gördüyü göz idmanlarını hər gün edirəm. Onun yanına anamla getmişdim. Anam da həkim olduğu üçün o da bir kəkim olaraq Fəxriyyə xanımı bəyəndi.

Oftolmoloqa ehtiyacınız olsa düşünmədən HB Güven Klinikasında Dr. Yusifzadə Fəxriyyə xanımın yanına gedin. Klinikanın saytındakı əlaqə vasitələrini də rəyimdə paylaşıram. Ünvan: Atatürk prospekti 3078 Bakı-Az 1108 Tel/Faks: (+99412) 4361496 Tel: (+99412) 4361497 (+99412)436 51 51 ALO 959 E-mail: info@guvenklinik.com web: http://www.guvenklinik.com

  2316   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Врачи и специалисты

Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzində çalışan Elmara xanımdan çox razı qaldım
Врачи и специалисты

8 saylı Stomatoloji Klinikada işləyən Dürdanə həkim işində professionaldır
Врачи и специалисты

"Diyetoloq" ümumiyyətcə nədir? Kimsə bizim orqanizmimizi bizdən yaxşı tanıyır?
Врачи и специалисты

"Belle Femme" estetik mərkəzində işləyən Sevinc xanım məsləhətli Həkim-kosmetoloqdur
Врачи и специалисты

"Medozon" klinikasında çalışan stomotoloq Daşqın həkimin işindən çox razı qaldım
Врачи и специалисты

Həkim-Kosmetoloq Tamella xanım öz sahəsinin mütəxəssisi olmaqla mənə çox yardım etdi
Врачи и специалисты

Psixoloqa getmək dəlilikdir?
Врачи и специалисты

Dermatoloq Araz Kazimov - düzgün seçim etdiyimi anladım
Врачи и специалисты

Əgər psixoloqa ehtiyacı olan uşaqlar kənarda psixoloq axtarırsa onda məktəb psixoloqlarının işi nədən ibarətdir
Врачи и специалисты

Офтальмолог

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 0


up