Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
07 Июля 2014

Kartof dolması yemişdiniz heç? Elə mən də yeməmişdim, çox bəyəndim

Xalamgilə qonaq getmişdim. Xalamqızının nə isə bir yemək hazırladığını gördüm, amma heç bilmədim ki, hazırladığı nədi belə. Özündən soruşdum, elə özü də birinci dəfədir ki, hazırlayacağını dedi. Qərara gəldik ki, adı “Kartof dolması” olsun.

Deməli hazırlanması üçün ailə tərkibinə uyğun kartoflar soyularaq içərisi eynilə pomidorda olduğu kimi oyulur. Daha sonra içlik üçün kartofun içərisindən oyulanı xırda-xırda doğrayıb qızartmaq lazımdır.

Badımcan soyulub, doğranaraq duzlanır, elecə də bibər xırda xırda doğranır. Badımcan da xırdaca doğranıb bibərlə bir yerdə qızardılır.

Toyuğun döş əti də xırdaca doğranıb qızardılır.

Bunların hər biri ayrılıqda qızardıldıqdan sonra biir yerə qatılır və üzərinə doğranmış pomidor əlavə olunur.

Hazırlanmış içliyi eynilə 3 bacı dolmasında olduğu kimi kartofların içərisinə doldurmaq lazımdır. Doldurmazdan əvvəl kartofun içərisinə duz çəkilir.

Sobanın sinisinə bitki yağı tökülür, hazır kartoflar siniyə düzülərək bişməsi üçün sobaya qoyulur. % dəqiqədən sonra siniyə az miqdarda su tökmək daha məsləhətlidir, əks halda kartoflar yaxşı bişməz.

Sobadan götürməzdən 5 dəqiqə əvvəl üzərinə sürtgəcdən keçirilmiş holland pendiri qatmaq onu daha da dadlı edir. Hami bu “kartof dolması”nı çox bəyəndi.

  7890   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Основные блюда

  Положительных отзывов: 21

  Отрицательных отзывов: 0


up