Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
02 Июля 2014

Bakı İdarəetmə və Texnologiya kollecində əsl özbaşınalıq hökm sürür

Təhsilimizdə olan əyər-əskikliklər çox təəssüf ki, hələ də qalmaqdadır. Düzdür get-gedə bəzi problemlər həll olur. Ancaq rüşvət aradan qalxmır ki, qalxmır. Bir dostumun Bakı İdarəetmə və Texnologiya kollecində təhsil alması onu çox peşman edib.

Belə ki, bu kollecdə sözün əsl mənasında dərəbəylikdir. Burada təbii ki, müəllimlərin və rəhbərliyin dırnaqarası çox böyük rolu var. Dərs keçilməsi bir tərəfə qalsın, rüşvət baş alıb gedir. Elə müəllimlər var ki, açıq şəkildə bildirirlər ki, əgər tələbələr pul verməsələr onlara qiymət yazmayacaq, bir qrupdan hər uşaqdan qiymət alması üçün 20 manat verməsini istəyir.

Bu kollecdə bircə kef çəkən tələbə varsa o da “starosta”, yəni qrup nümayəndəsidir. Artıq hamısı peşəkar bir cibgir olublar. Qrup nümayəndəsi semestrin sonunda tələbələrdən imtahanlar üçün 300 manat verməli olduqlarını deyir. Halbuki bu həqiqət deyil, o hər tələbənin 300 manatından 50 manatı rahatca qatlayıb öz cibinə soxuşdurur, hələ bununla fəxr edənlər də var, guya elə belə də olmalı imiş.

Ancaq bu cibgirlik, oğurluq, hətta deyərdim ki, alçaqlıqdır. Allah bilir valideyn o əlavə 50 manat üçün nə əziyyətlər çəkir. Ancaq nümayəndənin heç vecinə də deyil. O tələbələrin yerinə olsam belələrini məhkəməyə verərdim.

Tələbələr də heç günahsız deyillər, pul verəcəklər deyə çoxları oxumağa ərinirlər. Ancaq öz halalca biliyi ilə oxuyub qiymət alanlar da var, hər qrupda yalnız bir nəfər ola ya olmaya.

Direktorun uşaqlardan imtahanlar üçün pul yığması yolverilməzdir. Qrup nümayəndəsi isə bəri başdan 400 manat (az və çox da ola bilər) verir ki, nümayəndə olsun, tələbələri soysun, üstəlik də imtahanlarda pulsuz-parasız qiymət alsın. Bu özbaşınalıqları eşidib dəhşətə gəldim, bu hallara əncam çəkilsə yaxşı olardı.

  2574   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Вузы, колледжи

"Şuşa musiqi kolleci"ndə tələbələrin əksəriyyəti pul hesabına “təhsil alır”
Вузы, колледжи

Kooperasiya kollecində 350 manat pul ödə və imtahanlardan azad ola bilərsən!
Вузы, колледжи

Azərbaycan Dillər Universitetinin muhasibatlığının səhlənkarlığından illərdir yol pulunu belə borc alırıq
Вузы, колледжи

Бакинский колледж Управления и Технологии

  Положительных отзывов: 0

  Отрицательных отзывов: 1


up