Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
02 Июля 2014

"Buta" şampunu saçlarımı daha yumşaq və canlı etdi

İdeal parfümeriya və kosmetika mağazasında gördüyüm Buta kolleksiyası diqqətimi cəlb etdi. Ağ rəngli kolleksiya göz oxşayırdı. Yaxınlaşıb qiyməti ilə maraqlananda çox ucuz olduğunu gördüm. İlk öncə “ucuz ətin şorbası olmaz” deyə düşündüm. Ancaq satıcı alsam peşman olmayacağımı bildirdi.

Kolleksiyaya duş üçün gel, şampun, balzam və maye sabun daxildir. Nar cövhərli şampundan aldım, fikirləşdim, sınayım, əgər yaxşı olsa yenə alaram. Buta məhsulları nar, xurma, heyva, reyhan və tərxun cövhəri əsaslıdır, sadə bir formulası var.

Bunların arasında qoxusuna görə ən çox bəyəndiyim nar tərkibli olan oldu, olduqca xoş ətri var. Ölçüsü isə 800 mldir.

Bu şampun bütün saç növləri üçün nəzərdə tutulub. Yaxşı köpüklənir, xoş qoxu bəxş edir, ancaq qoxunu saçlarım quruduqdan sonra çox az şəkildə hiss etdim. Saçlarım cod deyil, ancaq şampun saçlarımı daha da yumşaq etdi. Sanki parlaqlıq və canlılıq verdi.

Üzərində yazıldığına əsasən təbii nar cövhəri saçların yağlılığını balanslaşdırır. Zəif saçları qidalandırır, möhkəmləndirir və bərpaedici təsir göstərir. Şəxsən mən istifadə etdim və razı qaldım.

  3819   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Средства гигиены

Ağ-qara ləkələrə qarşı "Garnier mineral невидимый" dezodorant-antiperspirantı tünd rəngli paltarlara ləkə salır
Средства гигиены

Saç tökülməsinə qarşı "Bioxen femina" - alanda çox da ümidim olmasa da, effektini gördüm
Средства гигиены

Alfaparf Milano-nun UOMO şampunun istifadəsindən sonra saçımda xeyli yaxşılaşma hiss etdim
Средства гигиены

"Nicos" firması yenə də öz keyfiyyəti ilə sevindirdi – bu dəfə sabunları ilə
Средства гигиены

Palmolive Spa "Шоколадная вуаль" - шикарный аромат...
Средства гигиены

Благодаря этому шампуню волосы шелковые и мягкие, как в сказке
Средства гигиены

"İlona" sabunlarının nə ətrini nə də keyfiyyətini qətiyyən bəyənmədim
Средства гигиены

Yağlı və problemli dərilər üçün Faberlic Antibakterial Ultra Clean Green geli xüsusilə yay vaxtı köməyimə çatır
Средства гигиены

Nivea pure&natural təmizləyici süd - məsləhət olunmalı qulluq vasitəsi deyil
Средства гигиены

Duş üçün "Avon senses - аромат тайны" krem-gelindən davamlı olaraq alacağıma əminəm, super
Средства гигиены

Бута шампунь

  Положительных отзывов: 2

  Отрицательных отзывов: 0


up