Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
01 Июля 2014

Əsl tort olmasa da hazırlanması rahat, dadı əla

Marketdən alınan şirniyyatı da ev şirniyyatına çevirmək olar. Orucluq ayında hər hansısa yeməyi və şirniyyatı hazırlamaq daha da çətin olur. Ona görə də rahat bir şeylər hazırlamaq lazım gəlir. Bu üsullardan birini sizinlə paylaşmaq istəyirəm.

Deməli mağazadan adi peçenye aldım. Bu Yuvilernaya peçenyeləridir, içərisində haradasa 24-ə yaxın peçenye var, qiyməti də cəmi 1 manatdır. Birdə adi ballı tort üçün olan krem hazırlamaq lazımdır.

Bunun üçün lazım olan ərzaqlar:
Un: 1 xörək qaşığı Süd: 3 stəkan
Yumurta: 1 ədəd
Şəkər tozu: 1,5 stəkan
Kraxmal: 1 xörək qaşığı

Kremin hazırlanması üçün 2 stəkan süd isidilir. Ayrıca bir qabda yumurta, şəkər tozu, un və kraxmal yaxşıca qarışdırılır. Daha sonra üzərinə soyuq süd tökülərək qarışdırılır, daha sonra isə isitdiyimiz südü qatmaq lazımdır. Vam odun üzərinə qoyularaq aram-aram qarışdırılır. Qatılaşana kimi ara vermədən qarışdırmaq lazımdır. Soyuduqdan sonra isə mikserlə krem halına düşənə kimi qarışdırılır. Bu kremdən xeyli miqdarda hazırlamaq və buzluqda saxlamaq olar.

Peçenyeləri düz bir qabda düzmək və aralarına krem yaxmaq lazımdır, üzərinə isə elə peçenyenin ovuntusundan tökülür. Buna bir növ tənbəl tortu da adlandıra bilərik. Peçenye tortu hazırdır, nuş olsun! Allah orucunuzu qəbul etsin!

  25530   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Рецепты

Həm pratik, həm də dadlı bir börək reseptini paylaşmaq istəyirəm
Рецепты

Dadlı, yumşaq hazırlanması rahat bir tort resepti
Рецепты

Napaleon - görünüşü fərqli və ləzzətli bir salatdır
Рецепты

Evimizə gələn qonaqları almalı-darçınlı pudinq təəccübləndirdim
Рецепты

Əsl payız menyusu - ləzzətli yemək resepti
Рецепты

"Alovlu öpüş" kokteyli təbii qaralmanı daha da sürətləndirir – şəxsi təcrübəm!
Рецепты

Narşarablı təzə paxla salatının dadından doymayacaqsınız
Рецепты

İftarda bu şorbanı hazırlasanız həm gün ərzində tox qalacaqsız, həm də ağzınız dada gələcək:)
Рецепты

Mərcili əriştə - yeməmisinizsə mütləq bişirin
Рецепты

Arıqlamaq üçün yüngül və xeyirli salat resepti
Рецепты

Сладости

  Положительных отзывов: 19

  Отрицательных отзывов: 0


up