Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
30 Июня 2014

Elxan Elatlının "Seçilmiş cəza" detektiv romanı məndə böyük təəssürat oyatdı

Müasir Azərbaycan ədəbiyyatında Elxan Elatlının adı detektiv roman yazarları içərisində ən birinci yerdədir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mukafatı laureatı, şair, yazıçı Elxan Elatlının əksər detektiv romanlarının qəhrəmanı Qanbay Qasımlıdır.

Bu dəfə isə onun 2013-cü ildə nəşr olunmuş “Seçilmiş cəza” romanını böyük maraq və həvəslə oxudum. Kitabı oxumamışdan əvvəl onun haqqındaq deyilən fikirlər, və yaxud da müəllifin əvvəlki əsərlərinin oyatdığı təəssürat növbəti əsərın necəliyi haqqında az-çox rəy formalaşdırmış olur. Bu da istər istəməz oxucuya təsir edir. Əsərin olduqca maraqlı olacağından əmin idim və elə gözlədiyim kimi də oldu.

Əsərdə müəmmalı bir cinayət hadisəsinin araşdırması gedir. Digər romanlardan fərqli olaraq burada Vasif Nüsrətov adlı başqa bir peşəkar müstəntiqlə Qanbay Qasımlı arasında qatili tapmaq uğrunda rəqabət yaranır. Vasif Nüsrətov qatili tapmasına yüz faiz əmin olub, qalib gəldiyinə sevindiyi halda Qanbay Qasımlı bu məğlubiyyətinə razı olur. Ancaq o heç də məğlub deyildi, o məhkuma öz cəzasını çəkməkdə seçim imkanı verir.

İlk baxışdan sadə görünən qətlin elə məqamları üzə çıxır ki, insanın qanı donur. Ən maraqlısı isə təhqiqat prosesinin bütün incəliklərinə qədər əks olunmasıdır. Ümumiyyətlə detektiv roman oxumaq insanı daha diqqətli olmağa sövq edir, əslində baxmaq kifayət deyil, həmçinin görmək lazımdır.

Olduqca güclü, öz işinin hərtərəfli peşəkarı, mənim də pərəstiş etdiyim obraz Qanbay Qasımlının bir fikri olduqca mənalıdır. O deyir ki, insanlar vəhşiləşməyib, onlar elə əvvəldən vəhşi idilər, sadəcə bu vəhşiliklərini biruzə verməyə başlayıblar. Hər kəsə bu romanı oxumağı mütləq məsləhət görərdim.

  5519   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Elxan Elatlı
Книги

Выбранное наказание

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up