Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Emin Huseynli
24 Июня 2014

Anarın “Mən,sən o və telefon” əsəri illər keçsə də yaddaşımdan silinmir

Anar əsl ziyalı ailəsində, Rəsul Rza və Nigar Rəfibəyli kimi dühaların qayğısı ilə böyüyüb. Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı, ssenarist, tərçüməçi Anarın “Dantenin yubileyi”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Gürcü familiyası” və s. kimi əsərlərini oxumuşam.

Ancaq bu əsərlərin içərisində “Mən, sən o və telefon” hekayəsi illərdir oxumağıma baxmayaraq yaddaşımdan silinmir. Hekayə 1967-ci ildə yazılıb.

Baş qəhrəman isə Seymur adlı bir oğlandır. Onlar 5 yoldaşdılar. Hamısı artıq evlənib, ailə sahibi olsalar da Seymur subaydır, dostları da tez-tez ona söz atır, evlənməsini istəyirlər. Seymur isə hər səfərində onları yola verməklə kifayətlənir. Dostlardan Rasimin toyuna yığılmışdılar. Toydan çıxandan sonra söhbət edə-edə gedərkən hərəsi bir rəqəm deməklə taksafondan Seymurun zəng etməsini təklif etdilər. Ancaq zəng etsə də dəstəyi götürən olmadı, beləcə sağollaşdılar.

Tək-tənha evinə qayıdan Seymurun qəflətən yadına bayaqkı nömrə düşdü, yenidən nömrəni yığdı, bu dəfə dəstəyin o biri başından bir qadın səsi eşitdi. Beləcə hekayəmiz başladı. Onların macərası heç də ikilikdə davam etmədi, əslində iki nəfər olsalar da ortada heç mövcud olmayan biri də vardı.

Bəlkə də qəliz gəldi, bunun üçün əsəri oxumaq lazımdır. Çox oxunaqlı və bir o qədər də fərqli və romantik bir əsərdir.

“Telefon nömrələri Oxşamaz bir-birinə amma hamısında insan səsi... ...pis günlər oxşamaz bir-birinə birində özün susarsan, birində telefon.”

“Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.”

  3897   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Анар - Я, ты, он и телефон

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up