Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Lamiye Abbasli
23 Июня 2014

Varis Yolçiyevin "Yaşıl üzlü gündəlik" romanı onun əsərlərinin şahıdır. Möhtəşəmdir!

Bədii ədəbiyyat maqnit kimi məni özünə çəkir. Müasir dövr yazıçıları içərisində Varis Yolçiyevin əsərlərinin hər birini böyük həvəs və məmnuniyyətlə oxumuşam. Ad günüm üçün ürəyimdə kiminsə mənə onun sonuncu əsəri olan “Yaşıl üzlü gündəlik” romanını almasını diləyirdim.

Diləyim yerinə yetdi və iş yoldaşım məni hədsiz dərəcədə sevindirdi. Ad günümün səhərisi kitab oxuyub başa vurdum. O qədər maraqlı idi ki, ayrıla bilmirdim romandan. Kitabın bədii ifadə vasitəsi, üslubu, sujet xətti olduqca maraqlıdır. Hələ də romanın təsirindən çıxa bilməmişəm.

Əsərdə bir yeniyetmə qızın, Zeynəbin başına gələn dəhşətlərdən və bu dəhşətlərdən onun gündəliyi vasitəsilə xəbər tutan teleaparıcı Tural Gündüzlünün həyatından bəhs olunur. Olduqca istedadlı və savadlı olan Tural gündəlik tok şoular əşkil edir, bu tok şoularda ən aktual məsələləri qabardır. Digər tərəfdən isə artıq illərdir ki, itkin düşən Zeynəbin gündəliyinin səfil uşaqların qaldığı tikilidən tapılmasından sonra direktor ona bu gündəliyi oxuyub qız barədə araşdırmağı tapşırır.

Zeynəbin həyatı insanı dəhşətə gətirir. Bir insan, daha doğrusu bir yeniyetmə qız bu qədərmi əzablara düçar olar, həyatdan bu qədərmi zərbələr ala bilər?!

Bu romanda əsl sevginin nələrə qadir olduğu, hansı əzablara dözdüyünün şahidi olmaq olar. Göz yaşlarım sözümə baxmadı, qızın bütün dərdləri sanki öz dərdlərimə çevrildi. Yazıçı Zeynəbin həyatını kəpənəyə bənzədir. Əsər vasitəsilə maraqlı statistik məlumatlar, xaos nəzəriyyəsi və s. barəsində öyrəndim.

Əsəri oxumağı mütləq tövsiyə edərdim, qızlar oxuyub dərs alsınlar ki, Zeynəbin həyatını yaşamasınlar. Əsərin sujet xətti çox aktualdır, indi sevgini ucuzlaşdıran, ehtiras qurbanı edənlərin sayı günbəgün artmaqdadır. Oxuyun və baxın ki, belələrinin axırı necə olur!

“Nə əvvəli var bu nağılın, nə sonu... Özümüzü və özgələri aldadıb uydurmuşuq bu şirin yalanı... Bu dağınıq vərəqlərin bir üzündə yazdığımız pıçıltısı min duaya bərabər gecələrin, bəxtəvər gündüzlərin yaşanan sevinci- göydəki ulduzlar, sahildəki qumlar sanı... Sən özün də bilirsən, günahdı,cəzadı, ayrılıq və göz yaşıdı qalanı...”

İlk baxışdan qarşılıqlı sevginin mövcudluğunu elm də sübut edib: Baxış kontaktından sonra saniyənin beşdə bir hissəsi ərzində beynin 12 şöbəsi güclü oyanışa məruz qalır. Qana bir neçə hormon atılır ki, bu da sinir sisteminin adi fəaliyyətini dəyişir, gərginləşdirir. Alimlərin fikrincə, insan orqanizminin sevgiyə düçar olması zamanındakı halı xəstəliyə düçar olması zamanındakına bənzər olur.

  11576   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Книги

Elxan Elatlının "Məhəbbətin gizli kodu" romanı oxucuyu öz əsrinə alır
Книги

"Поющие в терновнике" - роман о любви и вере, кто не читал обезательно прочтите
Книги

Ə.M.Talıbovun sürücülük vəsiqəsi almaq üçün nəzərdə tutulmuş bu 2 dərs vəsaitini tam oxumusunuzsa test imtahanından keçmisiniz :)
Книги

"Портрет Дориана Грея" - классика актуальна всегда
Книги

На досуге разгадывать кроссворды очень полезно как детям, так и взрослым
Книги

"Üç aylıq mənəvi səfər" – bu kitab hər bir müsəlmanın bələdçisi ola bilər
Книги

"Учим цифры" - книжка для детей, к сожаленью, учит только 5 цифр – покупать не стоит
Книги

"Əlamətdar və tarixi günlər təqvimi" zəngin məlumatlarına görə təqdirəlayiq bir işdir
Книги

Книга с макетом динозавра порадует детишек, которые увлекаются этой темой
Книги

Книга "Завещание чудака" - почувствуй себя наблюдателем захватывающей игры
Книги

Варис Йолчиев "Дневник в зеленой обложке"

  Положительных отзывов: 1

  Отрицательных отзывов: 0


up