Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
17 Июня 2014

Albalı tərkibli maskalardan istifadə etməyin əsl vaxtıdır

Hal-hazırda albalı sezonudur. Bu fürsətdən istifadə edib, faydalanmaq lazımdır. Albalının tərkibində bir çox mikroelementlər, vitaminlər və turşular var. Bunlar həm orqanizmə, həm də dəriyə çox xeyirdirlər. Mən özüm də, anam da tərkibində meyvələr olan maskaları tez-tez istifadə edirik və sözün əsl mənasında faydasını da görürük.

Əgər dəriniz yağlıdırsa: 2 xörək qaşığı təzə sıxılmış albalı suyu 1 xörək qaşığı kartof nişastası ilə qarışdırılır. Maska 20 dəqiqə üzdə saxlanılır və ilıq su ilə yuyulur.

Digər bir maska: 1 xörək qaşığı albalı 1 qaşıq portağal suyu ilə qarışdırılır, üstünə 1 xörək qaşığı un əlavə olunur və üzdə 20 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur.

Əgər üzünüz çox yağlıdırsa və bu üzdən səpirsə: iki xörək qaşığı limon suyu və 1 çay qaşığı bal qarışdırılır və üzə çəkilərək 20 dəqiqə saxlanılır.

Quru dəri üçün maska: 1 xörək qaşığı qurudulmuş kalendula çiçəklərinə qaynar su tökülür (1 stəkan), 2 saat dəmləndikdən sonra tənzifdən keçirilir. Bundan 1 xörək qaşığı götürülüb, üstünə 5 albalı və 1 xörək qaşığı bitki yağı əlavə edilir. Bu maska üzdə 10 dəqiqə saxlanılır və yuyulur.

Albalı maskalarından tez-tez istifadə edən biri kimi deyə bilərəm ki, albalı dəriyə ağardıcı təsir də göstərir. Əgər nəisə xüsusi bir maska etməyə həvəsiniz, vaxtınız yoxdursa, elə ən sadə üsul olan əzilmiş albalıları üzünüzə qoyub, 20 dəqiqə saxlaya bilərsiniz.

  2059   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...
Секреты красоты

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...
Секреты красоты

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за кожей лица

  Положительных отзывов: 18

  Отрицательных отзывов: 0


up