Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Seva TT
17 Июня 2014

Soyqırımı emosional konflikt adlandıran siyasətçilərə nə deyəsən...

Saytların birində oxuduğum bir məlumat məni çox əsəbləşdirdi. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun yeni çap olunan “Çətin qərarlar” kitabı işıq üzü görüb. Bu kitabda Türkiyə-Ermənistan münasibətləri müzakirə olunur.

Məlum olur ki, Amerika dövləti Türkiyə-Ermənistan sərhədlərinin açılmasında çox maraqlıdır. Buna dair kitabda bir sıra qeydlər və yollar yer alıb.

Hillari Klintonun bir fikri isə - “erməni soyqrımı” Türkiyə ilə Ermənistan arasındakı “emosional konflikt”dir. Çox gülünc bir fikirdir. Bir siyasətçinin soyqırımı “emosional konflikt” adlandırması, onun özünün emosiyalarının yerində olmamasının göstəricisidir. İnsanların ölümü, anaların övladlarını itirməsi, əziyyətlər, köçkün həyat – bunların hamısı ancaq emosiyalardır?

ABŞ müharibə görməyən bir ölkədir. O ancaq uzun əllərini uzadaraq dünya ölkələrində müharibələr yaradıb, özü isə uzaqdan baxıb ancaq müxtəlif emosiyalar keçirdir.

Mən “Küləklə sovrulanlar” filmini xatırladım. Orada ABŞ-da 1860-1870-ci illərdə vətəndaş müharibəsinin təsvirləri və nəticələri yer alır: yanan evlər, qaçan insanlar, ölümlər, aclıq və s. Hörmətli Hillari Klinton, bunlarda sizdə ancaq emosiyalar yaradır? Suriyada, İraqda, Əfqanıstanda və bir sıra qanlar axıdılan digər ölkələrdə baş verənlər də sadəcə “emosional konfliktlər”dir?

Xeyir, bunlar hamısı siyasətdir, özü də gizli siyasət! Amma nəticədə insanlar əziyyət çəkirlər, qanlar tökülür. Dünən firavan yaşayan ölkələr bu gün xarabalıqlara çevriliblər. Bu mənzərələr sizdə hansı emosiyaları yaradır görəsən?!

  2219   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up