Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Sevinc Musayeva
13 Июня 2014

Təəssüf ki, dürüst Azərbaycan dilində danışmaq cəmiyyətimizə yaddır! Sözlərin düzgün variantı burada

Hələ universitet illərində bir müəllimimiz bizə dilimizi təmiz saxlamağı tövsiyyə edirdi daima. “Təmizlik” dedikdə təbii ki, söhbət heç də gigiyenik təmizlikdən getmir. Doğrudan dilimiz o qədər kirlidir ki, əməlli başlı yuyunub təmizlənməyə ehtiyacı var. Adamın fikirləşəndə lap yazığı gəlir dilimizə.

Düzdür 70 il əsarət dilimizin korlanması üçün heç də az vaxt deyil. Rus dilindən dilimizə daxil olan sözlərin “sayəsində” həmin sözlərin əsl mənasını belə unutmuşuq. Çoxlarımızdan istifadə etdiyi sözlərin Azərbaycan dilində qarşılığını soruşan olsa heç bilməyəcəyik də.

Ancaq bu proses artıq başlamalıdı, başlamalıdı yox artıq çoxdan başlamalı idi. Yaxşı yazıçı, şair, tərcüməçi, akademik, dövlət xadimi və s. yetişdirmək istəyiriksə ilk növbədə dilimizi bütün incəliklərinə qədər öyrətməyi də bacarmalıyıq. Bu nəsil üçün gec olsa belə, hələ yenicə şagird olan uşaqlara elə məktəb dövründən dilimizdəki yad sözləri çıxartmağı öyrətməliyik. Əksəriyyətimiz bu sözlərin heç yad olduğunu belə bilmir, elə bilir ki, elə belə də olmalıdır.

Universitetdə müəllimimiz bizdən yad söz eşidən kimi o dəqiqə sözümüzü kəsir və həmin sözü Azərbaycan dilində deməyimizi tələb edirdi. İndi hər birimiz məhz o müəllimi özümüzə örnək götürərək ətrafımızda olan insanlara da danışıqlarında eşitdiyimiz yad sözlərin əslində Azərbaycan dilində necə olduğunu deyək. Ancaq belə etməklə get-gedə dilimizi təmizləyə bilərik. "Allmag ailəsi" də şəhərdə bu barədə sorğu keçirib, sorğunun nəticələri heç də ürəkaçan deyil.

Ancaq bir cəhəti də qeyd etmək lazımdır ki, elə sözlər var ki, onların dilimizdə heç qarşılığı yoxdur və ya yeni yaradılıb. Bunlara misal olaraq: şpilka - ipəzor, kupalnik - geyçim, qadın sürücü - süranə və s. Ancaq qarşılığı olan sözlərin düzgün formada işlənilməsi mümkün olduğu halda bundan qaçmalı deyilik. Məsələn “zontik” əvəzinə rahat şəkildə “çətir”, “duxi” yerinə “ətir”, “vilka” yerinə “çəngəl” deyə bilərik. Belə misallar en qədərdir əslində (sözlərin danışıq dilindəki variantını yazıram):

Mama - ana

astanovaka - dayanacaq

redki - nadir hallarda

atviçat - cavabdeh

akazıvayetsya - sən demə

svetafor - işıqfor

padnos - sini

sidenka - oturacaq

uje - artıq

qorçitsa - xardal

qreçka - qarabaşaq

plaskop - kəlbətin

skvazniyak - yelçəkən

fortuçka - nəfəslik

stol - miz

smetan - xama

tvarok - kəsmik

lüstur - çil-çiraq

xaladelnik - soyuducu

marazilka - buzxana

kravat - çarpayı

kesirka - qeysəriyyə

klizma - imalə

vabşe - ümumiyyətlə

marla - bez

sumka - çanta

çaynik - çaydan

ştraf - cərimə

zakon - qanun

çaşka - fincan

kaşa - sıyıq

varenya - mürəbbə

kaşlok - pul qabı

pinset-maqqaş

qarşok - güvəc

nauşnik - qulaqcıq

remen - kəmər

rol - sükan

qastninsa - mehmanxana

uspet eləmədim - çatdırmadım

axot - həvəs

aboy - divar kağızı

umuvalnik - əlüzyuyan

atvyorka - vintaçan

suxoy - quru

çayvoy - çay pulu, bəxşiş

parixmaxer - dəllək

semiçka - tum

rumyana - ənlik

yubka - ətək

perlovka - bulğur

imenni- məhz

kalendar-təqvim

naqlı-həyasız, üzlü,sırtıq

reqistrasiya - qeydiyyat

sırqa - tana

vişnə - gilənar

plyaj - çimərlik

veş-yük

pudra - kirşan

qubka - süngər

maçalka - lif

tyorka - sürtgəc

ten-göz kölgəsi

kafel - kaşı

qapının ruçkası - qapının dəstəyi

ruçka - qələm

kabloklu - dikdaban

rajok-dabankeş

votavot- çataçat

lak - dırnaq boyası

pamada - dodaq boyası

zavtrık - səhər yeməyi

ujn-şam yeməyi

abed - nahar yeməyi

preriv - fasilə

uzist - uzi həkimi

braslet - qolbaq

mel-təbaşir

daska-lövhə

kraska(saç) - boya

kamplekt - dəst

jaronnik - tava

akroşka-doğramac

spesalni - qəsdən

trudavoy - əmək kitabçası

kstati - yeri gəlmişkən

marojna - dondurma

krısa-simic

mişat olma - mane olma

zajiqalka - alışqan, papiros yandıran

spiçka - kibrit

tamojni - gömrük

balnitsa-xəstəxana

aperasiya - əməliyyat

vapervıx - birincisi

razborka - araşdırma, ayırd etmə

spor - münaqişə

kuxna-mətbəx

probka - tıxac

tarelka - nimçə

koja - dəri

advokat - vəkil

sroçno - təcili

zanit-məşğul

trubka(telefon) - dəstək

vıxadnoy - istirahət günü

karidor - dəhliz

toşnu - eynən

niujeli-doğrudan?

Butulka - şüşə

Pastayannı - həmişə

Açki - eynək

Kulturnu - mədəni

Sveji-təzə

Liboy - hər hansı

Luçşe - ən yaxşısı

Prastinya - mələfə

Budilnik - zəngli saat

Skuşonna- qatılaşdırılmış süd

Interesni - maraqlı

Skoru pomoş - təcili yardım

Pajarnı - yanğınsöndürən

Sentr - mərkəz

Marşrutka - avtobus

Arenda - icarə

Toçka - obyekt

Divijeniya - hərəkət

Pilsos - tozsoran

Ujas-dəhşət!

Razdivalka - soyunma otağı

Pesok - şəkər tozu

Baseni - hovuz

Raşot - hesab

Atçot - hesabat

Qastrulka - qazan

Mojna - olar?

Prostu - sadəcə olaraq

Kaneşna - əlbəttə

Slivişni yağ - kərə yağı

Priçoska - saç düzümü

Ukladka - saçın düzləndirilməsi

Roddom - doğum evi

Xod ver - səsini artır

Partnixa - dərzi

Axrannik - mühafizəçi

Padarka - hədiyyə

Kluçatel – elektrik açarı

Zubaçistka – dişqurdalayan

Ximçistka - kimyəvi təmizləmə

Sprafka – arayış

Dekret - analıq məzuniyyəti

Liçni – şəxsən

Atkrıvalka - açan

Atkrıtka – açıqça

Ruskiy sektor - rus bölməsi

Balkon - eyvan

Papa - ata

Tumbuçka – tumba

Purjun - yay

Krutoy - məğrur

Kabro - üzlük

Nastrenni - kef, əhval

Razve - məgər

Terpeniya- hövsələ

Pabratski - qardaşyana

Pol - döşəmə

Patalok- tavan

Prazraçnı - şəffaf

Ssılka - link

Skorus - sürət

Most - körpü

Oçred - növbə

Nasqi - corab

Padval - zirzəmi

Lampışka – lampa

Fsyo-vəssalam :)

  20265   4

Войдите что бы оставить комментарий

Qurban Rzayev
20 Ноября 2014
Bu saytı yaradanlar əsl vətəndaş və vətənpərvərdirlər, halal olsun onlara. Gəlin hamılıqca onlara dəstək olaq, öz töhfəmizi verək.

Qurban Rzayev
20 Ноября 2014
Allah, dilimiz gör nə gündədir.

Sevinc Musayeva
09 Октября 2014
çox sağ olun şərhiniz üçün, mən də bunu bilmirdim öyrənmiş oldum)

Tapdıx Qarayev
19 Сентября 2014
Belə maarifləndirici mövzulara görə, bir azərbaycanlı kimi təşəkkür edirəm. Yalnız bir iradım var: "Qulaqcıq" yox, əslində "qulaqlıq" deyilməlidir. "Qulaqcıq" isə qulağın çox kiçiildilmiş və əzizləmə formasında deyilə bilər. Məsələn (ev-evcik, təpə-təpəcik, düymə-düyməcik, dənə-dənəcik v. s... https://translate.google.az/?hl=az&tab=wT#ru/az/%D0%BD%D0%B0%D1%83%D1%88%D0%BD%D0%B8%D0%BA





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up