Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Şükran Vəliyeva
12 Июня 2014

Məgər qadınlarımızın dərdi-səri elə ancaq gözəlləşməkdir?

Görəsən şəhərimizdə neçə qadın salonu fəaliyyət göstərir? Razırlaşarsınız ki, sayını istəsək də bilə bilmərik. Nə vaxt xəbərləri oxuyursan, televiziyaya baxırsan, kimsə yeni qadın gözəllik salonu açır. Bu qədər qadın salonu kimə lazımdır? Ad da qoyurlar ki, bu salonlar qadınlarımızı gözəlləşdirmək, onlara xidmət etmək üçün açılır. Pullu aktrisalar, müğənnilər açılışlarda iştirak edirlər, tortlar kəsirlər, qeyd edirlər. Guya ki, bu təzə salon açılmasaydı açılışda iştirak edən xanımlar salonsuz qalacaqdılar.

Adama elə gəlir ki, qadınlarımızın dərdi-səri ancaq gözəlləşməkdir. Qadınlar özlərinə də baxmalıdırlar, salona da getməlidirlər, lakin bu salonlar o qədər qabardılır ki, qızlar, xanımlar ancaq elə salonlarda bəzənmək xəyalları ilə yaşayırlar.

Yadımdadır ki, məktəbi bitirdikdə son zəngdən sonrakı gecə üçün qızlarımızın çoxu salonlarda bəzənmişdilər. Salonda bəzənən qızları sinif yoldaşları belə tanımamışdı. Hamısı elə bil 25-30 yaşındakı qadınlara oxşayırdılar. Təbii gözəllikləri itmişdi, üzlərinə sanki makiyaj yox, qrimm qoyulmuşdu.

Başqa bir misal, arada toylara gedəndə gəlinləri görəndə adam şoka düşür ki, əslində təbii gözəlliyi olan qızları salonlar elə günə qoyurlar ki, elə bil ki gəlin yox, barbi kuklalarıdırlar. Halbuki, indi gəlin makiyaj və saç düzümlərinə görə “ustalar” elə bir qiymət oxuyurlar ki, adam dəhşətə gəlir.

Ümumiyyətcə düzdür, xanımlar özlərinə baxmalıdırlar, həmişə formada, qaydasında görünməlidirlər. Mən özümdə lazım olduqda salonlara müraciət edirəm. Amma ki, bu salonların sayı artdıqca yeni-yeni xidmətlər çıxır, qadınlar artıq dodaqların böyütməyə, qaşlarını qaldırmağa, qırışları aradan qaldırmağa, piyləri əritməyə, kiprik əkdirməyə və s. üçün gedirlər.

Yaxşı, siz təsəvvürünüzdə gözəl oldunuz. Amma tək vücudun hayında olmaq lazım deyil. Bəs içinizdəki ruhunuzun gözəlləşməsi bəzilərinizi niyə narahat etmir??? Allahın (s.a.s) hüzuruna vücudumuz ilə yox, ruhumuz ilə çıxacayıq, İnşəAllah...

  1900   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Другое

Besmart.az, justsmile.az, bonuslar.az saytlarının aqibəti nə oldu? Bu saytların fəaliyyəti kimlərə sərf etmədi?
Другое

Gözdən pərdə asan yalan rəqəmlərlə insanları sadəcə bir müddət aldada bilərsiniz...
Другое

Təəssüflər olsun ki, imkanlı şəxslərin bu cür geniş ürəkləri yoxdur...
Другое

Dirol X-fresh saqqızları ən çox xoşladığm saqqızlardır
Другое

Ölkəmizdə bir çox monitorinqlər keçirilir. Bəs köhnə liftlərin monitorinqinə nə vaxt başlanılacaq?
Другое

Aprel ayında göydən şəfa və sevgi yağır... Bunu bilirdinizmi?
Другое

Армяне, прочь с азербайджанских земель!
Другое

Oğul da atası kimi cəbhədə çəkilişlər aparır. Əhsən...
Другое

Azərbaycanı harama sürükləməyin!
Другое

Artıq dini mağazalarda da insanları aldadırlar
Другое

Размышления на разные темы

  Положительных отзывов: 42

  Отрицательных отзывов: 172


up