Всего отзывов:

AZ

Написать отзыв

Войдите в систему





Регистрация


Забыли пароль?




Aysel Əliyeva
10 Июня 2014

Yayın bu fürsətlərindən istifadə etməyi unutmayaq + Maska reseptləri

Yayın özəlliyi meyvələrin, tərəvəzlərin bolluğundadır. Onları həm daxilə, həm də üz dərisinin gözəlliyi üçün istifadə etmək çox xeyirlidir. Həm də, məncə bu gözəl fəsilin gözəl nemətlərindən faydalanmaq mütləq lazımdır.

Mən yay aylarında meyvələrdən, tərəvəzlərdən hazırlanmış maskalara tez-tez müraciət edirəm. Ən çox bəyəndiyim maska növlərindən biri isə tərkibində ərik olan maskalardır. Şəxsən mənim üz dərimə çox uyğundur. İstifadə etdiyim bir neçə üsulu sizlərlə də bölüşmək istəyirəm.

Üz dəriniz yağlıdırsa losyonla, qurudursa xama ilə silirsiniz. Sonra əriyi əzib bir az şirəsini çıxarırsınız. Daha sonra tənzifdən olan salfetkanı əriyin suyunda isladıb üzə qoyursunuz, salfetka quruduqdan sonra yenidən isladıb üzünüzə qoyursunuz. Bu prosedur 20-25 dəqiqə təkrarlanır.

Digər bir üsul: Dərini təravətləndirmək və canlandırmaq üçün 2-3 xörək qaşığı ərik suyuna 1 çay qaşığı bal, 1 yumurta sarısı, ½ çay qaşığı duz və 1 xörək qaşığı isti manna sıyığı (süddə bişirilmiş) əlavə olunur. Alınan qarışıq üzə çəkilir, 15 dəqiqədən sonra ilıq su ilə yuyulur.

Mənim dərim yağlı olduğundan yuxarıda yazdığım maskaları vaxtaşırı istifadə edirəm. Amma ərikdən quru dərilər üçün də faydalı üz maskaları mövcuddur.

Bir neçə əriyi əzib, 1 xörək qaşığı xama ilə qarışdırın, 1 yumurta sarısı və 1 qaşıq bitki yağı əlavə edin. Qarışıq üzə çəkilir və 20 dəqiqədən sonra yuyulur.

Digər bir asan üsul: Ərik, yağlı kəsmiklə eyni miqdarda qarışdırılır və 10-15 dəqiqə müddətinə üzə qoyulur, sonra isə ilıq su ilə yuyulur. Yayın bu fürsətlərindən siz də istifadə edin.

  2944   0

Войдите что бы оставить комментарий

Об этом отзыве еще нет комментариев. Будьте первыми!





Последние отзывы категории - Секреты красоты

Saçınız tökülür? Ev şəraitində özünüz buna çarə tapa bilərsiz. Resept!
Секреты красоты

Xurmadan çox gözəl maska resepti rəydə ...
Секреты красоты

Qış aylarında istifadə etdiyim 2 maska reseptini sizlərlə bölüşürəm
Секреты красоты

İstifadə etdiyim nəmləndirici effektli 2 maska resepti rəyimdə ...
Секреты красоты

Üz üçün təbii kremin faydasının özümüz şahidi olduq - hazırlanma qaydası rəydə...
Секреты красоты

Qara və qırmızı qarağatdan yağlı və normal (quruluğa meylli) dərilər üçün özümün faydasını gördüyüm üz maskaları
Секреты красоты

Saçlarınızı mineral su ilə yaxalamağı bir vərdişə çevirin və nəticəni özünüz görün!
Секреты красоты

Mənim faydasını gördüyüm çiyələkli maskadan siz də istifadə edin
Секреты красоты

Dəniz duzu ilə dərini pilinq etməyin əsl zamanıdır. İstifadə etdiyim sadə resept
Секреты красоты

Nəticəsini gördüyüm albalı tərkibli maska reseptləri
Секреты красоты

Уход за кожей лица

  Положительных отзывов: 18

  Отрицательных отзывов: 0


up